Smart Watch W26+ series 6 ağıllı saatı, 44 mm (Android, iOS, MİUİ ilə uyğunluq)

Məhsul kodu: 41-675
37.7 azn
65.0 azn
6 ay faizsiz taksitlə

Təsvir Smart Watch W26+ series 6 ağıllı saatı, 44 mm (Android, iOS, MİUİ ilə uyğunluq)

Smart Watch W26 ağıllı saatı özündə saat və fitnes treker funksiyalarını birləşdirir. Siz onu məşqlərdə, yolda, iş vaxtı istifadə edə bilərsiniz. Saat vacib görüşlər barədə bildirişlər göndərə, ürək nəbzini hesablaya, səhərlər məşq üçün yuxudan oyada bilər.

Həmçinin məşqdən sonra, hansı məşq formasının nə qədər kalori sərf etməsini də yoxlaya bilərsiniz. Əgər qaçış vaxtı qaçış ritmini dəyişsəniz, saat bu barədə bildiriş göndərəcək. W26 ağıllı saatı sizə zəngə tez cavab verməkdə, hava proqnozuna baxmaqda, sms göndərməkdə və ya smartfonda musiqini işə salmaqda kömək edəcək. Smart Watch W26-nın daha bir özəlliyi bədən hərarətini ölçmək üçün daxili termometrin olmasıdır. Gün ərzində sağlamlığınızı nəzarətdə saxlayın. Ağıllı saat bədən hərarətinizin dəyişməsi barədə dərhal bildiriş göndərəcək.

Standart funksiyalar: zəngli saat, pleyer, addımölçən, akselerometr. Havanı izləyin, hərarətə nəzarət edin, məşqlər və istirahət vaxtı nəbzinizi ölçün. Qolunuzdə olan şəxsi trener və köməkçiniz gün ərzində bədəninizlə baş verən hər bir şey – yatmaqdan tutmuş sərf olunan kalorilərə qədər – haqqında məlumat verəcək. Yeddi idman rejimindən birini seçin və dəyişiklikləri nəzarətdə saxlayın.

220 mAh həcmində güclü batareya cihazın aktiv rejimdə 3-5 gün, gözləmə rejimində 1 ay işləməsini təmin edir.

 

W26 smart saatının özəllikləri:

  • Birbaşa zənglərə cavab vermə imkanı
  • Zənglər və ismarıclar barədə bildirişlər sayəsində vacib hadisələr itirilmir.
  • Sensorlu 1.54” OLED rəngli ekran geniş görüntü verir.
  • Kameranın uzaqdan idarəedilə bilməsi məsafədən şəkil çəkməyə imkan verir.
  • Nəbzin ölçülməsi orqanizmin istirahət vaxtını təyin etməyə imkan verir.

 

W26 ağıllı saatının funksiyaları və göstəriciləri:

  • Zənglər. Zəng gələrkən musiqi səslənir və zəng edənin nömrəsi görünür.
  • Android və iOS platfotmaları ilə uyğunluq.
  • Audio əlaqə, bildiriş/ismarıc.
  • Sudan və tozdan müdafiə - İP67
  • Musiqi pleyeri
  • Telefon kitabçası
  • Yuxu monitorinqi
  • Aktivlik barədə bildiriş
  • Fitnes treker: addım ölçən, kalori sərfiyyatı, keçilmiş məsafə, pulsometr.
  • Ötürücülər: tonometr, akselerometr, pulsometr (tibbi cihaz sayılmır)

 

Dəst: saat, USB kabel, qutu.

Review

Yeni mesaj

Məhsul reytinqi:

Müzakirə
bu element üçün ismarıc yoxdur
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol