Məhsul axtar
DÜKAN KATALOQU
Video qeydiyyatçılar
Mal(lar): 11

Avtomobil videoregistratorları – hərəkətin təhlükəsizliyinin təmini

Yol başdan başa macəradır və heç kim döngədən sonra başına nə gələcəyini bilmir. Hər bir sürücünün vəzifəsi yolda öz təhlükəsizliyini təmin etməkdir. Videoregistrator bunun üçün əla seçimdir, həm də ucuz seçim. O yolda əvəzsiz və etibarlı köməkçiniz olacaq.

Avtomobil videoregistratoru quraşdırmada və istifadədə sadədir. Onun avtomobildə olması sürücüyə arxayınlıq və təhlükəsizlik hissi verir. Həmçinin park etmədə və siz avtomobilin yanında olmadıqda avtomobilinizi qorumağa sizə kömək edər.

Videoregistrator avtomobilist üçün əvəzsiz alətdir. Cihaz real zaman rejimində yolda baş verənləri, küçədəki hadisələri və sair qeyd edir. Yol nəqliyyat hadisəsi baş verərsə bu görüntülər lazım ola bilər. Lazımi götüntülərə sahib olan sürücü asanlıqla haqqlı olduğunu sübut edə bilər.

Videoregistratorların növləri

  • ştat modelləri kameralı plastik qutuya oxşayır və adətən arxa görüntü güzgüsünə bağlanır. Kənar gözlərdən qorunur və rahatlıq verir (kabel və ötürücüləri yoxdur).
  • Universal videoregistratorlar xarici görünüşü ilə ştat modellərinə oxşayır, lakin tam müstəqil cihazdır, onu panelə və ya qabaq şüşəyə bərkitmək olar. Ucuz modellərdən bahalı modellərə qədər geniş model sırası ilə təqdim olunur..
  • Videoregistrator güzgülər arxa görünüş güzgüsu ilə videoqeydiyyatçı funksiyasını özündə birləşdirir. Qeydiyyatçını daim bir avtomobildə istifadə edən insanlar üçün rahat həll yoludur..

Videoregistrator seçmə qaydaları

Əgər siz videoqeydiyyatçı almağı planlaşdırırsınızsa, aşağıda qeyd olunan bəzi məsələlərə diqqət etməyiniz vacibdir.

Videoqeydiyyatçının kameralarının sayı

  • Bu say 1, 2, 3 və ya daha çox ola bilər.
  • Önə yönəlmiş bir kamera ən çox yayılmış həlldir.
  • Önə və arxaya yönəlmiş iki kamera mübahisəli qəza şəraitində özünü sığortalamaq istəyənlər üçün uyğundur. Üç və daha çox kamera ən çox daşınmalarda istifadə olunan yedəkli nəqliyyat vasitələrində istifadə olunur. Həmçinin bu tip kameralar ictimai nəqliyyatda, avtobus və taksilərdə istifadə olunur.

Çəkilişin icazə verilən genişliyi (keyfiyyəti)

Burda hər şey daha sadədir: Genişlik nə qədər yuxarıdırsa, keyfiyyət də bir o qədər yüksəkdir.

  • Ən çox yayılan genişlik 1920x1080 piksel hesab edilir. Bu keyfiyyətdə qeyd edilmiş videonu böyük ekranda izləmək mümkündür və görüntü zamanı ekranda “kvadratlar” meydana gəlməyəcək.
  • Daha az büdcəli seçim HD icazəli (1280x720 piksel) videoregistratorlardır. Bu registratorlar da baş verənləri aydın göstərən yaxşı keyfiyyətli video təqdim edir.
  • 1280x720 piksel genişlikdən aşağı qeydiyyatçılar orta keyfiyyətli video qeyd edir, bu səbəbdən də bu cihazlar günümüzdə dəbdə deyil. Lakin ən yüksək göstəricilərin arxası ilə qaçmaq da məsləhət görülmür. Yüksək genişlikli registratorlar Full HD ilə müqayisədə elə də böyük üstünlüklər vermir.

Vİdeoregistratorun yaddaş kartının həcmi

Yaddaş kartı nə qədər böyük olsa, videoregistrator bir o qədər çox video qeyd edərək yadda saxlaya bilər. Daxili yaddaşa ümid etmək düzgüz olmazdı, o, çox tez dolur və tez tez onu təmizləmək lazım gəlir.

Ən azı 16GB həcmli yaddaş kartları quraşdırmaq məsləhət görülür. Optimal seçim 32 və ya 64 GB hesab olunur. Bu həcmlər Full HD genişlikdə çox sayda video qeyd etməyə imkan verir. 128 və hətta 256 GB kart dəstəkləyən modellərə də rast gəlinir. Bu modellər videoları silmək istəməyənlərə daha çox uyğundur.

Baxış bucağı

Bu göstəricidən yolun neçə faizini kameranın görəcəyi asılıdır. Hətta 360 dərəcəli qeydiyyat imkanı olan modellərə də rast gəlinir, lakin onlara bir o qədər ehtiyac yoxdur. Salonda baş verənləri çəkmək nəyə lazımdır ki? Həmçinin çox geniş baxış bucağında “balıq gözü” effekti ortaya çıxır ki, kənardakı obyektlər getdikcə ovallaşır. Nəticədə video keyfiyyətini itirir, yan obyektlər görünüşünü itirir və bu qeydlərdən məlumat almaq çətinləşir.

Optimal olaraq 120 dərəcədən 180 dərəcəyə kimi bucaqlar hesab olunur. Bu göstərici avtomobilin bütün kapotunu, yan dayaqlarını tam əhatə etməyə imkan verir. Sürət həvəskarlarına daha geniş göstəricilərə əlavə pul xərcləməyə ehtiyac yoxdur, yüksək sürət vaxtı yan xəttlər istənilən halda silinmiş görünür. Lakin, əgər çəkiliş şəhər daxili, daha az sürət vaxtı qeydiyyat aparırsa, maksimal bucaq videoya daha çox detal əlavə edir.

Videoregistratorun əlavə imkanları

Nəhayət, videoregistrator seçərkən, onun funksional imkanlarına fikir vermək lazımdır. Səmərəli göstəricilərin arasında:

  • Smartfon və ya planşet ilə sinxronizasiya, kənardan idarəetmə və qeyd olunmuş videoları izləmə imkanı üçün Wi-Fi dəstəkləmə;
  • YNH iştirakçıları və DYP əməkdaşlarının iştirakı ilə baş verən mübahisəli hadisələr zamanı istifadə etmək üçün, hərəkət marşrutunu yadda saxlayıb bərpa edə biləcək GPS naviqator;
  • Tormozlanma, sürətlənmə, dönmə, fırlanma kimi hərəkətin traktoriyasını dəyişən istənilən hərəkətə reaksiya verən G-sensor;
  • Sutkanın qaranlıq vaxtı baş verənləri qeyd etməyə imkan verən infra qırmızı və ya LED işıqlandırma;
  • İrəlidə gedən avtomobilin hərəkətinə reaksiya verən FCMD;
  • irəlidə hərəkət edən avtomobillə təhlükəsiz ara məsafəsinə nəzarət edən FCWS;
  • tutulmuş yol xəttindən kənara çıxmaq barədə məlumat verən LDWS;
  • Detallaşdırılmış çəkiliş aparan WDR yer tutur.

Şirkətindən avtomobil üçün videoregistratorlar - sərfəli qiymətə yüksək keyfiyyət "TopBrands"!

Bizim mağaza Bakıda ən sərfəli qiymətə eksklyüziv model videoregistratorların satışı ilə məşğuldur. Biz istehsalçılar ilə birbaşa işlədiyimizdən, satdığımız məhsula arxayınlıqla zəmanət veririk. Bir neçə səbəblərdən bizimlə əməşdaşlıq daha rahatdır:

  • 24 saat saytda sifariş edə bilmə imkanı;
  • Bütün maraqlandıran sualların menecerlər təfəfindən cavablandırılması;
  • Daimi aksiya və endirimlər;
  • Bakı üzrə gün ərzində kuryerlə, Ölkə üzrə poçt xidməti vasitəsilə 1-2 iş gününə sürətli və pulsuz çatdırılma şərtləri. (sifariş 29 manatdan yuxarı olduqda).

Suallarınız var? Suallarınızı bu link vasitəsilə ünvanlandırın və biz sizinlə tez bir zamanda əlaqə saxlayacağıq. "TopBrands" ilə etibarlı alış-veriş etmək asandır!

  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol