Bədən üçün əl massaj aparatından düzgün necə istifadə etməli

Bədən üçün əl massajorları – bədənin bu və ya digər hissələrini professional köməyi olmadan massaj etmək üçün cihaz. Bu cihazın köməyi ilə demək olar ki, bədənin istənilən yerini massaj etmək olar.

Bədən üçün massaj aparatlarının növləri

Mexaniki olaraq cihazlar 3 növə bölünür:

  • Vakuumlu. Bu tip massaj aparatının ən sadə nümayəndəsi tibbi şüşə bankalardır.
  • Diyircəkli. Üzərində iynəciklər və ya tibbi barmaqcıqlar olan silikon, taxta və plastik diyircəklər ilə təchiz olunmuşdur.
  • İynəli. Üzərində iynəciklər olan kiçik xalça və ya örtük. İynəciklər müxtəlif ölçülü və itililik dərəcəsində ola bilər. Ən çox tanınmış iynəli massajor Kuznetçovun tanınmış applikatorudur.

Elektrik massaj alətlərinin altı əsas növü var:

  • Ultra səsli. Akkustik tərpənişlər hesabına çalışır, nisbətən kiçik ölçülərə malikdir və daha çox effektivdir.
  • Vibrasiyalı. Massaj cihazın yaratdığı fiziki vibrasiyaların hesabına həyata keçirilir.
  • Zərbəli. Sıxılmış hava nəticəsində cihazın bir neçə döşəkcəsi dolub boşalır.
  • Vakumlu. Dərinin qatlarını tutur və bir az hərəkətə gətirir, bununla da tibbi effektlər əmələ gətirir.
  • İmpulslu. Dərinin stimulyasiyası yüngül elektrik impulsu nəticəsində həyata keçirilir.
  • İnfra qırmızı. İş substansiyası qismində infra qırmızı şüalanmadan istifadə olunur.

Prosedurlar nəticəsində növbəti terapevtik effektlərə nail olunur:

  • Bədənin bəzi hissələrində qan dövranının yaxşılaşdırılması;
  • əzələ spazmlarının aradan qaldırılması;
  • xəstəliklərin profilaktikası;
  • yüngülləşmə, psixoemosional rahatlaşma.

Əl massajorları bir çox üstünlüklərə malikdir. Ən əsas üstünlük ondadır ki, prosedurları özünüz, evdən çıxmadan həyata keçirə bilərsiniz. Klinikada həkim ziyarətinə yazılmaq və ya evə massajçı sifariş etməyə ehtiyac yoxdur. Bu deyilənlərdən başqa, üstünlüklərin siyahısına aşağıdakılar daxildir:

  • Nisbətən daha ucuz avadanlıq. Hətta ən bahalı əl massajorları bir neçə ay istifadədən sonra dəyərini ödəyir.
  • Vaxta qənaət. Əl cihazları ilə massajı istənilən boş vaxtda etmək olar. Prosedur 1-30 dəqiqə vaxt alır.
  • Massajorun kiçikliyi. Əl massaj cihazlarının bir çox kiçik ölçülərə sahibdir. Onları özünüzlə saunaya, işə, turist gəzintisinə götürə bilərsiniz.
  • Özünüzün istifadə edə bilmək imkanınız. Massaj etmək üçün, əlavə köməyə ehtiyac yoxdur. İnsan özü özünü massaj edə bilər, hətta bel hissəsini belə.

Əl massajorunun əsas mənfi cəhətlərinə bunları əlavə etmək olar:

Əl massajorunu necə seçməli

Əl massajoru seçdikdə, onun istifadə olunacağı sahə və istifadə şərtləri əvvəlcədən təyin olunmalıdır. Bağ evlərində və ya turistik gəzintilərdə massajorlardan istifadə etməyi planlaşdıran insanlara, avtonom əl massajorları əldə etmək məsləhət görülür. Əgər cihaz evdə istifadə üçün nəzərdə tutulursa, onun seçimi məqsədlər və əks göstəricilərə görə təyin olunur. Məsələn, vibromassajorlar əzələ sisteminin bərkidilməsində, infraqırmızı massajorlar duzların çıxardılması, bəzi iltihab proseslərinin aradan qaldırılması üçün istifadə edilir.

Hava massajorları qan dövranını yaxşılaşdırır, vakuum və impuls əzələ spazmını aradan qaldırır, işi az hərəkətli vəziyyətdə olan insanlara uyğun gəlir. İdeal massajor universal olmalıdır, bədənin istənilən hissəsinə təsir edə bilməlidir, uzun dəstəyə və bir neçə başlığa sahib olmalıdır.

Bədən üçün massajoru necə istifadə etməli

Hər bir massaj aparatının istifadə metodu fərqlidir. Bu səbəbdən, terapevtik kursu başlamazdan öncə, konkret cihazın instruksiyası ilə tanış olmaz lazımdır. Bir neçə ümumi qaydalara da riayət etmək yerinə düşər:

Bədən üçün əl masajorları - Massaj salonlarına bahalı ziyarətlərsiz bədəninizə gündəlik sağlamlıq təsirləri etmək üçün əla imkandır. Lakin, bu cihazların istifadəsi zamanı ehtiyatlı olmağı da yaddan çıxarmayın. Bu cihazların müsbət təsirini yalnız o halda görmək olar ki, cihaz sağlamlığınızın vəziyyəti, istifadə şərtləri, istifadəçinin individual özəllikləri nəzərə alıranaq seçilib.

TopBrands şirkətində sizə, əlavə xərclərsiz və mütəxəssislərə müraciət etmədən, sağlamlığınızın qeydinə qalmağa imkan verən ideal massaj aparatınızı tapa bilərsiniz.

  • Fiziki güc tətbiqinin vacibliyi. Massaj vaxtı insan tam rahatlaşmaq istəsə də, əl massajorunun istifadəsi zamanı bu mümkün deyil.
  • Kiçik istifadə sahəsi. Bir çox massajorların iş sahəsi çox kiçikdir. Böyük sahələri massaj etmək üçün daha çox güc sərf etmək lazım gəlir.
  • Elektro enerjiyə tələbat. Müasir elektrik massajorları batareyasız və ya elektrik şəbəkəsinə qoşulmadan çalışa bilmir. Bu, onların istifadəsini biraz narahat edir.
  • Əks göstərişlər. Massajorlar dəri zədələnməsində, venaların varikoz zədələnməsində, onkoloji xəstəliklər olduqda, zəif qan laxtalanmasında, hamiləlik vaxtı istifadə oluna bilməz. Bəzi növ massajorlar kardiostimulyator olduqda istifadə oluna bilməz.
  • Prosedurları ən azı yeməkdən yarım saat sonra başlamaq lazımdır.
  • Avtomatik massaj aparatının işlədiyi vaxt yatmaq olmaz.
  • Kabeli və elektrik girişi zədələnmiş cihazları istifadə etmək olmaz.
  • Cihazlar böyüklərin nəzarəti olmadan, uşaqlar tərəfindən istifadə edilməməlidir.
  • Massajın vaxtı 5-30 saatdan çox olmamalıdır. (Dəqiq rəqəmlər cihazın növündən asılıdır).
11.06.2021
  • бесплатная доставка
    БЕСПЛАТНАЯ ДОСТАВКА
    при заказе от 29 манат
  • keyfİyyətə zəmanət
    ГАРАНТИРОВАННОЕ КАЧЕСТВО
    100% гарантия качества
  • yerİndə ödənİş
    ОПЛАТА НА МЕСТЕ
    оплата производится наличными при получении заказа напрямую курьеру.
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    ЗАКАЗЫ ОБРАБАТЫВАЮТСЯ В ТЕЧЕНИЕ 1 ДНЯ
    все товары в наличии
X
Перезвонить Вам?
X
X
Быстрый заказ
X
Избранное
X
Авторизация