Eynəklər üçün bərq əleyhinə linzalar – kimə lazımdır və düzgün seçimi necə etməli?

Kompüterin daimi istifadəsi gözlərdə, kompüter baxış sindromu adlanan narahatlıq yaradır. Bu sindrom, gün ərzində monitor arxasında üç saatdan çox işləyən insanların 75 faizində ortaya çıxır.

Sindromun ortaya çıxma səbəbləri, gözün monitorun rənglərini qəbul etmə özəlliyi ilə bağlıdır. İnsan hər hansı bir çap məhsulu oxuduqda, gözlər dəqiq görüntü ilə təmasda olur, monitorda isə sayrışan piksellər çoxluğudur. Bu səbəbdən də noutbuk və ya kompüterin monitorundakı tekst dəqiq hesab olunmur.

Ekranın mərkəzindəki piksellərin kənardakılara nəzərən daha parlaq olması, görüntünün fokusunun işini daha da ağırlaşdırır. Bu effekt göz sistemini tez yorulmağa məcbur eidr. Bundan əlavə, gözlərə ekranın parlaqlığı, şriftlərin özəlliyi, məlumat bloklarının yerləşməsi, rənglər və monitorun duruşu da təsir edir.

Gözlərinizi zərərli şüalanmadan qorumaq üçün bərq əleyhinə eynəkdən istifadə etmək məsləhət görülür. Bu optikanın daimi istifadəsi gələcəkdə astiqmatizmin inkişafının qarşısını alar, uzaqgörmə və yaxıngörmə kimi problemlərdən qoruyar.

Vacibdir! Bərq əleyhinə eynəklər, həmçinin, yuxululuğu azaldır və iş bacarığını 30 faiz artırır, çünki gözlərə olan yükü azaldır.

Eynək üçün bərq əleyhinə linza nə deməkdir

Bərq əleyhinə linzalar işıq şüalarını uda bilən xüsusi səth ilə təchiz olunur. Bu səth yalnız, gözlər üçün təhlükəsiz olan sarı rəngi buraxır. Bu optika göy şüaları tamamilə udur. Onlar göz aparatı üçün ən ziyanlılarıdır.

Keyfiyyətli bərq əleyhinə tozlanma işıq əks olunmasını tamamilə aradan qaldırır. Həm tərkibi, həm də tozlanmanın qalınlığını düzgün seçmək çox vacibdir.

Bərq əleyhinə eynəklər bərqləri işıq interferensiyası hesabına itirir. Eyni tezlikdə olan dalğaların qarşılaşaraq bir birini yoxa endirməsi belə adlanır.

Bərq əleyhinə linzalar kimə və nə üçün lazımdır

Kompüter eynəkləri gün ərzində üç saatdan çox vaxt keçirən insanlara lazımdır. Oxşar optik sistemlərin istifadəsi həm böyüklər, həm uşaqlar üçün keçərlidir. Bərq əleyhinə eynəklər, həmçinin, idmançılara və riskli işlə məşğul olan insanlara da lazımdır. Bu cür eynəklər balıqçılar, xizəkçilər, su idmanı ilə məşğul olanlar arasında çox populyardır. Avtomobilistlər üçün də qəfil işıqlardan müdafiə çox vacibdir. Bir anlıq görüntünün itirilməsi bir çox hallarda ağır yol nəqliyyat hadisələrinə yol açır.

İşı çox sayda sənəd və onların işlənməsi ilə bağlı olan insanlar kontrastı artıran və yarıtonları itirən eynəklərdən istifadə edə bilər. Bu eynəklərlə tekst yaxşı oxunur, gözlərə düşən yük azalır. Qrafikada çalışan mütəxəssislər, yaxşı olar ki, parlaqlığı artıran eynəklərdən istifadə etsinlər.

Bərq əleyhinə eynəklərin istifadəsi üçün göstərişlər

  • Telefon, planşet, kompüter və s. texnikanın daimi və uzunmüddətli istifadəsi.
  • Gözün selikli qişasının quramaya meylliyi.
  • Gözdə yanma və kəsilmə hissi.
  • Həddən artıq gözyaşarma.
  • Gözlərdə qum effekti.
  • Işıqdan qorxma.
  • Qızarma.
  • Gözlərin xroniki yorğunluğu.

Bərq əleyhinə linzalara qulluq

Baxmayaraq ki, müasir optika zədələrə dözümlüdür, onunla çox ehtiyatlı davranmaq lazımdır. Bərq əleyhinə məhsulların istifadə qaydalarına riayət edin:

  • Eynəyi daxili yumşaq örtüklü sərt qutuda saxlayın.
  • Eynəyi xüsusi salfet və ya yumşaq parça ilə təmizləyin. Yaxşı olar ki, parça özündən sonra saplar saxlamasın.
  • Linzaları agressiv yuyucu vasitələr ilə təmizləmək olmaz, yalnız su.
  • Eynəyi çantanızda qutusuz gəzdirməyin, linzalar cızıla bilər.
  • Daimi istifadə zamanı eynəkdə yaranan yağ ləkələrini mütəmadi olaraq təmizləmək lazımdır. Yaranmış ləkələr özləri bərq yarada bilər.

Yaxşı eynəklərdə, xüsusən də bərq əleyhinə eynəkdə qənaət etmək lazım deyil. Bu cür optika sizin saxlamlığınızı qoruya bilər. Eynəklərin çeşidi ilə bizim saytda tanış ola bilərsiniz. Bizim menecerlər sizə bərq əleyhinə eynəklərin sizə uyğun variantını seçməyə kömək edərlər.

19.07.2021
  • бесплатная доставка
    БЕСПЛАТНАЯ ДОСТАВКА
    при заказе от 29 манат
  • keyfİyyətə zəmanət
    ГАРАНТИРОВАННОЕ КАЧЕСТВО
    100% гарантия качества
  • yerİndə ödənİş
    ОПЛАТА НА МЕСТЕ
    оплата производится наличными при получении заказа напрямую курьеру.
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    ЗАКАЗЫ ОБРАБАТЫВАЮТСЯ В ТЕЧЕНИЕ 1 ДНЯ
    все товары в наличии
X
Перезвонить Вам?
X
X
Быстрый заказ
X
Избранное
X
Авторизация