Hansı alətlər hər bir evdə olmalıdır?

Hər bir evdə vaxtaşırı hansısa kiçik təmir işlərinə ehtiyac duyulur. Hər dəfə kranın rezinini dəyişmək, stulu təmir etmək və ya divardan şəkil asmaq üçün usta çağırmağa ehtiyac olmasın deyə, elementar ev alətləri dəstinin əlinizin altında olması kifayətdir. Bununla belə, əgər ev sahibi istəsə, bu dəst daha geniş ola bilər. Bu alətlər hansısa otağın kosmetik təmiri, mebel yığmaq və ya elektrik kabelləri dəyişməkdə istifadə oluna bilər. Bu alətlərdən hansı dəqiq lazım olacaq, hansınınsa olması elə də vacib deyil? Bu məqalədə biz, hər bir evdə olmalı alətlərin siyahısını hazırlamışıq.

Vacib alətlərin siyahısı

  • Çəkic və mismar. Bu hər bir insana lazım olacaq, çünki onun vasitəsilə ev üçün bir çox təmir işləri aparıla bilər. İşinizi rahatlaşdırmaq üçün bu dəstə mismarçıxaran da əlavə etmək olar.
  • Drel. Evdə rahatlıq olsun deyə, bir çox yerlərdə asılqanlara və asılma rəflərə ehtiyac var. Bu asılma aksesuarlar divara möhkəm bağlanmalıdır ki, onlardan istifadə təhlükəsiz olsun. Bu məqsəd üçün adətən vintlərdən istifadə olunur, vintləri isə divara drel ilə rahat və tez bağlamaq olur. Həmçinin, drel dəstində bir çox başlıqlara sahibdir ki, bu başlıqlar təmir vaxtı divardan boya təmizləməyə və ya bəzi təmir qarışıqlarını qarışdırmağa, müxtəlif səthləri sürtməyə və parıldatmağa kömək edər.
  • Perferator. Bu dreli əvəz edəcək daha professional ev alətidir. Onun əsas fərqi gücündə və məhsuldarlığındadır.
  • Vintaçan. Yaxşı olar ki, vintaçanları dəst ilə alasınız. Bu dəstə çarpaz və düz başlıqlı, müxtəlif ölçülü başlıqlar daxildir.
  • Açarlar. Bu da dəst ilə alınması vacib olan alətlərdəndir. Adətən santexnika təmirində istifadə olunur.
  • Kəlbətin və kəsicilər. Bu alət dəsti elektik xəttində təmir zamanı köməyə gələr. Ən elementar elektrik enerjisi yuvaları, elektrika açarları quraşdırılarkən istifadə olunur. Bu alətlər hər şeyi təhlükəsiz etməyə kömək edir.
  • İskənə. Təmir işləri görənlər üçün bu alət də əvəzsizdir. Onun köməyi ilə köhnə kafeli, ortüyü çıxarmaq, divarda lazımi yuvaları açmaq, interyerin taxta detallarını düzəltmək olar.
  • Mişar. Müxtəlif materialdan olan detalların kəsilməsi üçün, mişar universal alətdir. Kəsicini yaxşı olar ki, konkret materiala görə, taxta və ya metala görə seçəsiniz. Yaxşı olar ki, bu dəstdə müxtəlif səviyyəli sürtkü də olsun.
  • Yegə. Onun köməyi ilə taxtadan, metaldan, süni daşdan olan səthləri ideal vəziyyətə qədər sürtmək olar.
  • Fırçalar. İstənilən vaxt nəyisə rəngləmək və ya yapışdırmaq lazım ola bilər. Bu iş daha ehtiyatlı görülsün deyə, uyğun ölçüdə fırça olması yaxşıdır. Divar kağızı kleyi və emulsiya boyaları üçün adətən sünı fırçalardan istifadə edirlər, emal və lak üçün isə natural tükdən.
  • İstehlak bağlayıcıları. Müxtəlif ölçülü mismarlar, bolt və qaykalar, yivlər və digər bağlayıcı sıxıcı detallar üçün ayrıca yeşik ayırın.
  • Köməkçi alət və materiallar. Bu kateqoriyaya ölçü cihazlarını – küncölçən, metrə və səviyyə ölçəni aid edirik. İzolyasiya işləri üçün izolent və ya fum lent. Gözlənilməyən hallarda yardım edəcək fonar da artıq olmaz.

İndi siz hər bir evdə olmalı alətlər barədə məlumatlısınız. Öz dəstinizi yığmaq üçün, «TopBrands» MMC internet mağazasının saytına daxil olmaq kifayətdir. Geniş çeşid, optimal qiymətlər və keyfiyyət sizin çox xoşunuza gələcək!

20.04.2021
  • бесплатная доставка
    БЕСПЛАТНАЯ ДОСТАВКА
    при заказе от 29 манат
  • keyfİyyətə zəmanət
    ГАРАНТИРОВАННОЕ КАЧЕСТВО
    100% гарантия качества
  • yerİndə ödənİş
    ОПЛАТА НА МЕСТЕ
    оплата производится наличными при получении заказа напрямую курьеру.
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    ЗАКАЗЫ ОБРАБАТЫВАЮТСЯ В ТЕЧЕНИЕ 1 ДНЯ
    все товары в наличии
X
Перезвонить Вам?
X
X
Быстрый заказ
X
Избранное
X
Авторизация