Vanna otağı üçün aksesuarları necə seçməli?

Eyni zamanda həm lazımi xırdavat olaraq, həm də məkanı rahat və tam istifadə etmək üçün səmərəli olan vanna aksesuarların daha yaxşı nə ola bilər? Bu məhsullar rahatlıq və harmoniya yaradır, həmçinin ev sahibinin orijinal və individual dəbini nümayiş etdirir. Aksesuarlar sayəsində vanna otağında rahatlıqla həm forma, həm də rənglərlə eksperiment aparmaq olar.

Hamam otağı üçün aksesuarların növləri

«TopBrands» internet mağazasında siz, istənilən santexnika və mebel aksesuarlarına uyğun gələn çoxlu hamam otağı aksesuarı tapa bilərsiniz. Baxmayaraq ki, aksesuar seçimi çox sadə bir məsələ kimi görünür, əslində isə seçilən hər bir detal interyerə tam uyğunlaşmalı, bununla belə uzunömürlü olmalıdır.

Nəzərdə tutulan aksesuarların ən vacibləri bunlar sayılır:

  • Sabun qabı;
  • Diş fırçası üçün stəkan;
  • Asmalar və rəflər;
  • Dəsmal tutacaqları;
  • Tualet kağızı tutacaqları;
  • Hamam fırçası və altlığı.

Bu məhsullarsız şəxsi gigiyenanı təsəvvür etmək mümkün deyil. Digər aksesuar modelləri hamam otağından istifadəni daha rahat edirlər. Bundan əlavə əlavə funksiyası olmayan, lakin interyeri gözəlləşdirən və boşluğu dolduran aksesuarlar mövcüddur.

Stilə uyğun hamam aksesuarlarını necə seçməli?

Ehtiyaca və stilistikaya uyğun aksesuarları seçməyin ən rahat yolu, xarici görünüşünə görə bir birinə daha uyğun aksesuarlar seçməkdir. Bu tip aksesuarlar bir yerdə çox harmonik, dəbli və elegant görünür. Birlikdə onlar istənilən interyerə uyğun gəlir və öz təyinatının öhdəsindən gəlir. Bununla belə onların qiyməti də çox uyğundur.

Ətraflı göstəricilərə, qiymət və şəkillərə «TopBrands» MMC internet mağazasında baxa bilərsiniz.

Aksesuarları vanna otağında necə yerləşdirməli?

Məhsul alarkən, əsas götürüləcək aksesuar yerləşdirmə qaydaları:

  • Məkan ölçüsü. Əgər məkan kiçikdirsə,bu halda seçim çox böyük deyil. Əsas funksianallığı yerinə yetirən və lazımsız yer tutmayan aksesuarlar almaq lazımdır. Əgər otaq daha genişdirsə, onun interyerinə təkcə funksional deyil, həm də dekorativ aksesuarlar əlavə etmək olar. Bu aksesuarlar hamam otağının interyerini daha da gözəlləşdirərək, hamam otağında olmanı sizin üçün daha xoş edər.
  • Otağın stili. Bütün detallar stil və dizayna görə bir birinə uyğun olmalıdır, boşluğu ağırlaşdıran xirda lazımsız kiçik detallardan imtina etmək lazımdır. Boşluğu doldurmaq istədiyiniz bütün aksesuarlar rahatlıq gətirməlidir, çünki günümüz hamam otağında başlayır və orada da bitir.
  • Təhlükəsizlik. Hər bir detal öz yerində yerləşməlidir. Gündəlik gigiyena prosesini təsəvvür edin və düşünün, yeni əlavə edəcəyiniz aksesuar sizə mane olacaqmı?. Elektrik cihazlarını suya yaxın yerləşdirməyin, və unutmayın ki, döşəmədə olan ilişib yıxıla biləcəyiniz kabel və digər cihazlar aradan qaldırılmalıdır. Təsadüfdən sındıra biləcəyiniz aksesuarlardan imtina etmək lazımdır. Daha böyük təhlükəsizlik üçün, hamam otağının döşəməsinə sürüşmə əleyhinə kiçik rezin əsaslı xalça sərə bilərsiniz. Əgər xalça hamam otağının rəng çalarında olsa, asanlıqla interyerdə öz yerini tapar və sizə rahatlıq gətirər.
  • Rahatlıq. Bütün lazımlı aksesuarları elə yerləşdirmək lazımdır ki, lazım olduqda onları götürmək asan olsun. Kosmetik vasitələri, rahat istifadə etmək üçün,duş kabinəsində və ya vannanın üzərində asılma rəfdə yerləşdirmək olar. Həmçinin hərəkət vaxtı gigiyenə vasitələrini aşırmaq riskini minimuma endirmək lazımdır.

«TopBrands» internet mağazasında müxtəlif istehsalçıların orijinal dizan, qiymət, material və imkanlarına görə fərqlənən geniş çeşiddə aksesuarlarını tapa bilərsiniz.

30.04.2021
  • бесплатная доставка
    БЕСПЛАТНАЯ ДОСТАВКА
    при заказе от 29 манат
  • keyfİyyətə zəmanət
    ГАРАНТИРОВАННОЕ КАЧЕСТВО
    100% гарантия качества
  • yerİndə ödənİş
    ОПЛАТА НА МЕСТЕ
    оплата производится наличными при получении заказа напрямую курьеру.
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    ЗАКАЗЫ ОБРАБАТЫВАЮТСЯ В ТЕЧЕНИЕ 1 ДНЯ
    все товары в наличии
X
Перезвонить Вам?
X
X
Быстрый заказ
X
Избранное
X
Авторизация