Yüksək təzyiqli su şlanqları: seçimin özəllikləri və incəlikləri

Su üçün yüksək təzyizli şlanqlar plastik və ya rezin ola bilər. Bu cür şlanqların özəlliyi onların yüksək təzyiqlə su və digər mayeləri ötürməyə icazə verən elastikliyindədir. Bu tip borulara, onların uzun müddət və keyfiyyətli çalışması üçün tələblər yüksək olmalıdır.

Yüksək təzyiqli su şlanqlarının özəllikləri

Yüksək təzyiqli mayelərlə işləməsi nəzərdə tutulmuş hər bir boru yüksək və aşağı tempraturlarla işləyə bilir. Uzunluğu 4 metrdən az olmayan və 110 metrdən çox olmayan birləşdirici fitinqlər sayəsində, bu şlanqlar 400 bar təzyiqə dözə bilir. Bütün su şlanqları fərqli materialdan hazırlanır, fərqli cihazlar üçün hazırlanır, bu səbəbdən də fərqli göstəricilər və qiymətlərə bölünür. Məsələn, bu tip şlanqlardan biri miniyuyucu üçün hazırlanmış şlanqdır ki, məişətdə istifadə üçün nəzərdə tutulmuşdur.

Bu tip borular fərqli gücə malikdir, onların klassifikasiyası borunun daxilindəki maye təzyiqindən asılıdır. Xalça və avtomobil yumaq və ev şəraitində istifadə olunur. Mini yuyucunun növündən asılı olaraq, təzyiqin gücü dəyişir. Professional avtomatik yuyucular üçün təzyiq 150 bar səviyyəsində olur, ev mini yuyucular üçün isə 100 bar kifayət edir. Şlanqın uzunluğu mini yuyucularda 7.5 metrdən uzun olmur, lakin 6 metrdən də az olmur.

Yüksək təzyiqli su şlanqlarına olan tələblər

Mini yuyucunuz üçün şlanq seçərkən, bəzi tələb və göstəriciləri nəzərə almalısınız:

  • Şlanqın uzunluğu maksimal hündürlüyə çatmağa imkan verməlidir. Onlar müxtəlif uzunluqda satılır, qısa 3 metrlik və 100 metrə qədər uzun şlanqlar. Mini yuyucu üçün alınan şlan 5 metrdən az, 6 metrdən çox olmasa yaxşıdır, beləcə siz avtomobilinizi hər tərəfdən rahatlıqla yuya bilərsiniz.
  • Sırf sizə uyğun olan diametrdə şlanq seçin. Şlanq -40°C soyuqdan +135°C istiyə qədər hava tempraturuna dözümlüdür. Tempratur rejimini şlanqı əldə edərkən dəqiqləşdirmək lazımdır.
  • Şlanqlara olan vacib tələblərdən biri də barla ölçülən təzyiq amplitudasıdır. O, təqribən 400 bar səviyyəsində yüksək maye təzyiqinə dözməlidir. Bəzi borular daha yüksək təzyiqə dözür, lakin evdə istifadə üçün 400 bar kifayət edir.
  • Şlanq hər iki sonluqda həm mini yuyucuya, həm də tapançaya qoşulmağa imkan verən fitinqlərlə təchiz olunmalıdır. Yuyucuya qoşulan hissədəki fitinq M22x1.5 və ya ⅜ qayka ilə, tapança tərəfdə də eynilə belə qayka və 10, 11 mm diametrli qayka ilə bağlanır.
  • İstənilən halda yüksək təzyiqlı şlanq seçərkən, onun sürəkli istifadəsi və yüksək təzyiqə məru qalacağı amili nəzərə alınır. Bu səbəbdən də, əgər onun uzun müddət işləməsini istəyirsinizsə, onun seçiminə məsuliyyətlə yanaşın. Əgər onun seçimi düz aparılmasa, bu bütün cihazın işini poza bilər.

Su şlanqlarının istifadə sahələri

Yüksək təzyiqli su şlanqları müxtəlif sahələrdə istifadə olunur. Məsələn üçün, bütün avtomatik yuyucular sırf bu avadanlıqla təmin olunub, hansı ki, avtomobilin üst qatını tez təmizləyəmə imkan verir. Su kanal stansiyalarında suyun dəmirdən təmizlənməsində də mütəxəssislər bu avadanlıqdan istifadə edirlər. Həmçinin inşaatçılara, kimyəvi təmizləmə işçilərinə, qida sənayesi işçilərinə bu avadanlıq yaxşı köməkçidir, onu köpük qeneratorlarında da istifadə edirlər.

Şu şlanqları həm məişətdə, həm də professional sahələrdə geniş istifadə olunur. İstənilən avtomobil yuyucular, avtomatik olub olmamasından asılı olmayaraq, bu tip avadanlıqdan istifadə edir. Məişətdə adətən ev texnikasının, divarların, beton və asfalt yolların yuyulması üçün istifadə olunur. Məişətdə istifadə üçün 4 metrdən uzun olmayan ucuz şlanqlar da uyğun gəlir, onlar 150 bar təzyiqə davam gətirir.

Su şlanqlarının istifadə üzrə məsləhətlər

Su şlanqını istifadə etməzdən əvvəl, onun qolunu düzgün quraşdırmaq lazımdır. Heç bir zədə olmamasından əmin olun. Ölçüsü uyğun gəlməyə fitinqləri quraşdırmaq heç bir halda yolverilməzdir. Birləşməni xüsusi qaz açarı ilə yerinə yetirmək lazımdır. Əgər fitinq və qol iti bucaq altındadırsa, quraşdırmanı aparmayın. İstənilən borunun əsas cəhəti ondan ibarətdir ki, lazım olduqda onu uzatmaq olar. Əsas şlanqın düzgün növünü seçməkdir.

Mini yuyucudan İstifadə vaxtı növbəti hərəkətləri etmək vacibdir:

  • Əgər siz suyu bir başa krandan alırsınızsa, istifadədən əvvəl geri klapan quraşdırın. Su borusunda suyun təzyiqi dəyişə bilər deyə, su klapanı vacib detaldır.
  • İstifadədən sonra şlanqları quru və tempratur yuxarı olmayan yerdə saxlamaq lazımdır. Şlanqları gəmiricilərdən qoruyun, elektro cihazların və istilik cihazlarının olduğu yerdə saxlamayın.
  • İstifadə vaxtı şlanqı dartmayın, tapdalamayın və üstünü heç nə qoymayın.
  • İstifadə anında təhlükəsizlik texnikasına nəzarət etmək lazımdır. Əgər siz quraşdırmadan dərhal sonra şlanqdan istifadə edirsinizsə, kənar şəxslərin yaxınlıqda olmasına icazə verməyin.

Şlanqları, yalnız sizə zəmanət verəcək mağazalardan əldə edin. Unutmayın ki, alış zamanı istehsalçıya xüsusi diqqət yetirmək lazımdır. Keyfiyyətli məhsul həmişə bütün məlumatlar dərc olunmuş anotasiyalara malikdir. Bütün texnologi proseslərə uyğun hazırlanmış lisenziyalı şlanqlar istehsal vaxtı keyfiyyətə yoxlamadan keçır.

Bizim mağazanın kataloquna keçin və orda təqdim olunan su şlanqları və onlar üçün başlıqlarla yaxından tanış olun.

30.09.2021
  • бесплатная доставка
    БЕСПЛАТНАЯ ДОСТАВКА
    при заказе от 29 манат
  • keyfİyyətə zəmanət
    ГАРАНТИРОВАННОЕ КАЧЕСТВО
    100% гарантия качества
  • yerİndə ödənİş
    ОПЛАТА НА МЕСТЕ
    оплата производится наличными при получении заказа напрямую курьеру.
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    ЗАКАЗЫ ОБРАБАТЫВАЮТСЯ В ТЕЧЕНИЕ 1 ДНЯ
    все товары в наличии
X
Перезвонить Вам?
X
X
Быстрый заказ
X
Избранное
X
Авторизация