Universal massajor və trenajorlar: üstünlük və tətbiq
İnsan qədim dövrlərdən müxtəlif xəstəliklərin müalicəsi üçün massajdan istifadə edir. Bu zaman hərəkətlər fərqlənə bilər: yümşaq sığaldan möhkəm təzyiqə qədər. Bu prosedur yorğunluğu götürür, əzələləri yumşaldır, əsəbləri sakitləşdirir və xəstəliklərdən azad edir.
İndi bir çox insanların bədənini formada tutmaq üçün mütəxəssis qəbuluna və idman klublarına getməyə vaxtı çatmır. Sırf bu insanlar üçün massajor və trenajorlar var - bu cihazlar vasitəsilə özünüz prosedurları yerinə yetirə bilərsiniz. Cihazlar təkcə bel ağrıları zamanı deyil, həm də digər məqsədlər üçün istifadə oluna bilər.
Massajor və trenajorlardan istifadə hansı səbəblərdən xeyirlidir?
Yeni istehsallar massajı və idmanla məşğuliyyəti evdən çıxmadan etməyə imkan verir. Bu cihazların istifadəsindən sonra:
- perifetik və mərkəzi sinir sistemi daha yaxşı işləyir, bu da orqanların işini yaxşılaşdırır.
- dəri təmizlənir, onun səthindən epidermisin ölmüş hüceyrələri təmizlənir.
- dəri-əzələ tonusu qalxır.
- əzələlər rahatlanır, ağrı kənarlaşdırılır.
- venalarda durğunluq azalır, kapilyarlarda axın artır.
- limfa axını sürətlənir, şlaklar çıxarılır.
- həmçinin orqanizmin ümumi vəziyyəti yaxşılaşır, şişmələr aradan qalxır.
Bakıda massaj cihazını necə seçməli?
Problemlərin öhdəsindən maksimum gəlmək üçün, cihazı da dəqiq seçmək lazımdır. Çiyinlər və bel sütunu üçün nəzərdə tutulmuş cihazlar daxilinə vibromotor quraşdırılmış və parça ilə örtülmüş cihazlardır. Hidromassaj vannaları pəncələri massaj etmək üçündür. Onların köməyilə ağır iş günündən sonra yorğunluğu çıxarıb dincəlmək olar. Həmçinin, iş rejimi roliklərdən ibarət olan böyük massajorlar da vardır. Onlar bel sütununu düzəltməyə və sinir sonluqlarının sıxılmasının qarşısını almağa xidmət edir.
Əgər sizə hansı trenajorun və massajorun lazım olduğunu bilmirsinizsə, Topbrands internet mağazasına müraciət edin. Öz müraciətinizi bu Linkdə qeyd edin və bizim menecerlər sizinlə əlaqə saxlayaraq, lazımi cihazı seçməyə kömək edərlər.
Topbrandslə xoş alış veriş!