Məhsul axtar
DÜKAN KATALOQU
Simsiz qulaqlıqlar
Mal(lar): 10

Simsiz bluetooth qulaqlıqlar Bakıda ucuz qiymətə

Naqilsiz bluetooth qulaqlıq - istənilən şəraitdə müsiqiyə qulaq asmağa imkan verən populyar aksesuardır. Onunla, siz daim dolaşan naqillər problemini yaddan çıxaracaqsınız və gəzintilər, idman zamanı və səyahətdə çox vacib olan tam rahatlıq və hərəkət azadlığı əldə edəcəksiniz. Hətta, musiqilə müşaiət olunan ev təmizlik işləri də rahat və xoş olur.

Simsiz qulaqlıqlar müxtəlif siqnal ötürmə texnologiyaların köməyi ilə çalışır. Bu radiokanal, infraqırmızı mənbə və ya Bluetooth ola bilər. Modellərin çoxunda, siqnalın məmbəsindən 10 metr məsafəyə qədər çalışan Bluetooth-dan daha çox istifadə olunur. Bu tip məhsulları çox istehsalçılar təklif edir, bu səbəbdən də seçim zamanı onların göstəriciləri ilə yaxından tanış olmaq lazımdır.

Topbrands internet mağazasında hansı bluetooth qulaqlıqları almaq olar?

Qulaqlıqların əsas parametrləri - brend, növ, bərkitmə, yuvacıqlar, səs boğma, mikrofon, dizayn və özəlliklər.

Həmçinin qulaqlıqların akustik quruluş formasına diqqət edin. Açıq simsiz qulaqlıqlar korpusda xüsusi kəsik formalı boşluqlara malikdir. Bu boşluqlar kənar küylərin qismən qulaqlığa daxil olmasına imkan verir və nəqliyyatda, yolda və digər yerlərdə potensial təhlükədən qorunmaqda kömək edir. Qapalı konstruksiyalar korpusun tam hermetikliyini və səsdən yüksək izolyasiyanı təmin edir. O, musiqi dünyasına maksimum yüklənməyə imkan verir. Bu tip aksesuarları evdə və ya təhlükəsiz yerlərdə istifadə etmək daha yaxşı olard.

Qulaqlığın səs yüksəkliyi hissiyatın səviyyəsindən asılıdır. Adətən bu göstərici 95-110 dB intervalında dəyişir ki, bu da yüksək səs üçün yetərlidir. Uşaqlar üşün səs səviyyəsi 90 dB-dən yüksək olmur.

Bluetooth qulaqlıq seçərkən tezlik diapazonunu nəzərə almaq lazımdır. İnsan qulağı 16-20000 Hz tezliyi qəbul edir. Qeyd etmək lazımdır ki, eyni göstəricili modellərdə, membranı daha geniş diametrli olan qulaqlıq daha yaxşı səslənir.

Bakıda qulaqlıqları hardan almalı?

Simsiz bluetooth qulaqlıqları ucuz qiymətə bizim Topbrands internet mağazamızdan əldə edin. Bizdə keyfiyyətli qulaqlıqlar ucuz qiymətə təklif edilir. Məhsulun ödənişini bank kartı ilə onlayn və ya nağd şəkildə kuryerə ödəyə bilərsiniz. Biz çatdırılma xidmətindən istifadə etməyi tövsiyyə edirik. Kuryer sizin sifarişi Bakı ərazisində sifariş günü ərzində sizin ünvana çatdıracaq. Azərbaycan üzrə çatdırılma 1-2 gün ərzində həyata keçirilir.

Bakıda qulaqlıq qiymətləri

Aşağıdakı cədvəldə Bakı və Azərbaycanda qulaqlıqların aktual qiymətləri öz əksini tapmışdır.

✅ Məhsul kateqoriyası Qulaqlıq
✅ Kataloqda məhsul sayı 6
✅ Orta qiymət səviyyəsi 62,9 manat
✅ Ən ucuz məhsul 21,9 manat
✅ Ən baha məhsul 104 manat

Naqilsiz Bluetooth qulaqlıqların növləri

Bir çox şirkətlər aşağıdakı növ bluetooth qulaqlıqlar istehsal edir:

Vakuumlu qulaqlıq - qulaq kanalına yerləşdirilir, yüksək səs keyfiyyəti və əla küy izolyasiyası ilə seçilir.

Tam ölçülü - qulağı tam örtür, kənar küylərdən müdafiə edir, uzun müddət rahatlıq və əla səslənmə təmin edir.

Örtmə qulaqlıqlar - qulaqları örtür və 2 qulaqlıq başlıq ilə birləşir. Yarım izolyasiya və yaxşı səslənmə təmin edir.

Daxili qulaqlıqlar - kiçik ölçülü, qulağın içində yerləşir, orta səslənmə, yarım izolyasiya təmin edir.

Audio eynək - daxili dinamik və mikrofonla təmin edilmiş dəbli günəşdən müdafiə aksesuarı.

Qulaqlıq seçimi istifadə şərtlərindən asılıdır. Nisbətən ucuz və kompakt daxili qulaqlıqlar istifadə rahatdır və qulaqda demək olar ki, görünmür. Yarım izolyasiya sayəsində, onlar avtomobil və potensial təhlükə səslərini eşitməyə imkan verir. Tam izolyasiya təmin edən qulaqlıqları təhlükəsiz yerlərdə istifadə etmək daha məqsədə uyğundur.

Bluetooth qulaqlıqların üstünlükləri

Uzun naqillərin olmamasından kənar, naqilsiz qulaqlıqların bir sıra üstünlükləri var:

  • naqillərin qırılmasına görə sıradan çıxan simli qulaqlıqlara nəzərən daha uzun müddət istifadə olunur;
  • futlyarın qidalanması zamanı belə, bluetooth qulaqlıqlardan istifadə etmək mümkündür;
  • keysin daim üstünüzdə gəzdirməyə ehtiyac yoxdur, geniş əhatə dairəsi sayəsində keys və qarnitur arasında siqnal daha böyük ola bilə;
  • səs səviyyəsinin və digər funksiyaların rahat idarə etməsi var;
  • daha müasir modellər daxili yaddaş ilə təmin edilmişdir ki, şəxsi musiqi siyahisi saxlamağa və telefonun qidasına qənaət etməyə imkan verir.

Naqilsiz qulaqlıq alarkən, nəyə diqqət etmək lazımdır?

Bakıda simsiz qulaqlıq seçib alarkən, növbəti özəlliklərə diqqət etmək lazımdır:

  • Sukeçirməz - korpus mayedən tamamilə müdafiə olunmuşdur. Basseyndə istifadə üçün əladır.
  • Mayedən müdafiə olunmuş - korpus mayedən və tozdan müdafiə olunmuşdur, aktiv məşqlər, nəmli havada qaçış və dəniz sahilində istirahət üçün uyğundur.
  • İdman qulaqlıqlar - kiçik ölçüləri və rahat bərkidilməsi ilə xarakterizə olunur.
  • Uşaq qulaqlıqlar - örtmə və tam ölçülü modellər, aşağı səs səviyyəsi, böyük olmayan ölçülər, parlaq dizayn.
  • MP3 oxuducu - daxili pleyer sahəsində xarici mənbəyə ehtiyac duymur, istifadəçinin hərəkətliliyini artırır.
  • Çıxarıla bilən kabel - qida bitdikdə, kabel vasitəsilə smartfona qoşularaq, musiqiyə qulaq asma zövqünə davam etməyə imkan verir.
  • Naqilsiz bluetooth qulaqlıqların vacib göstəricisi avtonom iş rejimi vaxtıdır. Əgər yolda musiqiyə qulaq asmaq üçün Bluetooth qulaqlıq alırsınızsa, 2-5 saat avtonom iş vaxtı kifayət edir. Əgər evdən kənarda intensiv istifadə nəzərdə tutulursa, onda daha geniş akkumlyatorlu modellərə üstünlük verin. Optimal seçim – 10 saat və daha artıq avtonom iş vaxtı.
  • Qulaqlıqları qarnitur kimi istifadə etdikdə, mikrofonun olmasına diqqət edin. Bu tip qulaqlıqlar daim əlaqədə qalmağa, zəngləri qəbul etməyə və səs mesajları göndərməyə imkan verir.

bluetooth qulaqlıq

Qulaqlıqları Topbrands-dən alın

Bakıda ən uzun qiymətə qulaqlıqları Topbrands-dən almağı təklif edirik. Kataloqumuzda tanınmış istehsalçılardan ən yaxşı modellər təqdim olunur. Bizim müştərilərimiz:

  • Saytda rahat axtarışla məhsulları gözdən keçirə.
  • Seçim və sifarişin rəsmiləşdirilməsi ilə bağlı suallarına cavab ala.
  • Bütün qulaqlıq modellərinə zəmanət ala.
  • 2 və daha artıq məhsul sifarişi zamanı endirim tələb edə.
  • 39 manatdan yuxarı alış-veriş zamanı pulsuz çatdırılma tələb edə bilərlər.

Qulaqlıq barədə tez-tez verilən suallar:

1. Bluetooth qulaqlığın əhatə dairəsi nə qədərdir?

Bluetooth əhatə dairəsi 8-10 metrdir, evdə rahat hərəkət etmək mümkündür.

2. Bluetooth qulaqlığı digər mobil telefona necə qoşmalı?

Digər mobil telefonda bluetooth funksiyasını yandırın, qoşulacaq cihazı siyahıda tapın və “Qoşulma” düyməsini sıxın.

3. Naqilsiz qulaqlıqlar fitnes üçün uyğundurmu?

Naqilsiz bluetooth qulaqlıqlar istifadədə rahatdır. Qulaqlıq örtükləri yumşaqdır. Onlar 3 ölçüdə olur və ehtiyaca görə dəyişdirilə bilər. Fitnes zamanı qulaqdan düşmür.

4. Naqilsiz qulaqlıqla qaçmaq olarmı? Onlar məşğələlər zamanı nə qədər stabildir?

Qulaqlıqlar çox rahat dizayna sahibdir. idmanla məşğul olduğunuz zaman düşmək ehtimalı yoxdur, bu səbəbdən də rahatlıqla istifadə edə bilərsiniz.

5. Bluetooth qulaqlıqlar zəngə cavab verə bilirmi?

Bəli, əgər bluetooth qulaqlıq telefonunuza qoşulubsa, onun vasitəsilə zəngə cavab verə bilərsiniz.

  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol