Məhsul axtar
DÜKAN KATALOQU
Masajorlar
Mal(lar): 12

Masajor - sağlamlıq üçün əvəzolunmaz köməkçi

Professional masajist qəbuluna getmək imkanımız istənilən vaxt olmur, masajor isə daim əlimizin altında ola biləcək cihazdır. Ağır iş gününün sonunda rahatlaşmaq üçün yüngül masaj arzu etdiyiniz nə qədər olub? Ümumi masaj və ya bədənin ayrıca hansısa bir hissəsinin masajı əzələlərinizi rahatlaşaraq tonusa gətirə biləcək bir vasitədir. Daimi istifadə edərkən, masajor həmçinin sizin əhvalınıza da rahatlıq hissi bəxş edəcəkdir.

Bədənin müəyyən nöqtələrinə təsir edərək problemli zonalara qan axınını artırmaqla masaj sizə sağlamlıq, cavanlıq bəxş edir və yorğunluqdan azad edir.

Masajor növləri

Əlbəttə ki, müalicəvi-profilaktik müəssisələrdə və sanatoriyalarda istifadə edilən böyük masajorlar da mövcuddur. Bizim Topbrands internet mağazamızda təqdim olunan masajor modelləri kiçik ölçülü, ev şəraitində istifadə üçün çox rahat və istənilən an əl altında ola biləcək modellərdir. Cihazdan və iş prinsipindən asılı olaraq, onları bir neçə növə bölmək olar:

Əl masajoru. Bu modellər qiymətdə ucuzdur, ne elektrik şəbəkəsindən, nə batareyadan qidalanmaya ehtiyac duymur. Onları özünüzlə gedəcəyiniz istənilən yerə apara bilərsiniz və hər şəraitdə onlar işlək vəziyyətdə olacaqlar.

Rolik masajorlar. Bakıda olan əl masajorlar növlərindən biri. Rahatlıqda, istifadədə və qiymətdə bu model də, həmçinin, yaxşıdır. Bu növlə masaj, orqanizmin problemli zonalarına təsirinə görə daha effektiv olacaqdır.

Mexaniki masajor daha az əks göstərişə malikdir (bəzi dəri xəstəlikləri, damarların varikoz genişlənməsi, ağır tromboflebit).

Elektro masajorlar. Elektrikdən qidalanır. Bir çox modelləri kiçik ölçülər və çoxfunksionallığı ilə fərqlənir (müxtəlif başlıq və iş rejimlərinə görə).

Vibro masajorla. Hərəkət sisteminin zədə və xəstəliklərininin reabilitasiyası, bronxit, bronxial astma, həzm sisteminin bəzi xəstəlikləri, psixoemosional pozğunluğun müalicəsi zamanı istifadə edilir. Arıqlamağa kömək edir, üst səviyyə piy qatlarını əridir.

Vakum masajorlar aparaq kosmetalogiyasında bədənin konturlarının modelləşdirilməsi üçün, bədənin daha dərin qatında piyləri əritmək üçün istifadə olunur.

Bakıda Masajorların qiymətləri

Aşağıdakı cədvəldə Bakı və Azərbaycanda satılan üz və bədən üçün bütün növ masajorların qiymətləri ilə tanış olun.

✅ Məhsul kateqoriyası Masajorlar
✅ Kataloqda məhsul sayı 9
✅ Məhsulları orta qiyməti 82 Manat
✅ Ən ucuz məhsulun qiyməti 34,9 Manat
✅ Ən baha məhsul 129 Manat

Bədənin hansı hissələri üçün masajordan istifadə etmək olar?

Bədənin hansı hissəsisə dəstək lazım olmasından asılı olaraq, aparatları aşağıdakı növlərə bölmək olar:

  • Əllər üçün masajor - pasientin emosional vəziyyətini yaxşılaşdırı.
  • Üz üçün masajor - gözəlliyi və cavanlığı qoruyub saxlayır. Onun köməyilə, siz, kosmetaloji salonlara və klinikalara getmədən, üz toxumalarının qan dövranını yaxşılaşdıra, kollagen ifrazatını artıra, ikinci buxağı ləğv edə, dərini tarımlaşdıra bilərsiniz.
  • Bel üçün masajor. Osteoxondroz, qeyri rahat formada uzun müddət oturmadan, soyuqdəymədən yaranan ağrılar zamani kömək edir. Ağrıyan zona qan axınının artımı ağrını azaldır, bir müddət ərzində bədənin bu hissəsini qaydaya gətirir.
  • Baş üçün masajor. Baş ağrısını götürür, təzyiqi azaldır, saç artımını sürətləndirir və keçəlləşməyə qarşı mübarizə aparır.
  • Ayaqlar üçün masajor. Ağrını, şışkinliyi, ağırlıq hissini və yorğunluğu götürür. Varikozun profilaktikası və ayıpəncəliyin korreksiyası üçün istifadə edilir.
  • Boyun üçün masajor. Boyun və çiyinlərdə ağrılarla mübarizə üçün ən yaxşı vasitə. Boyun osteoxondrozunun profilaktikası üçün istifafə edilir.

Hansı hallarda masajordan istifadə etmək olmaz?

Masaj cihazlarının istifadəsinə əks göstərişlər:

  • Xroniki xəstəliklər.
  • Kəskin iltihab.
  • Güclü varikoz və tromboz.
  • Qanaxmaya meyllilik.
  • Dərinin çirkli zədələri, ekzema.
  • Onkoloji xəstəliklər.
  • Ağır ürək damar xəstəlikləri.
  • Aşağı ətrafların aterosklerozu.
  • Fibroma və şişlər.
  • Yüksək arterial təzyiq.
  • Öd kisəsində daş, mədə xorası.
  • Hepatit.
  • Vərəm.

Yaddan çıxarmayın ki, masaj aparatı almaq, özünüzə və yaxınlarınıza evdə hər vaxt masaj xidməti imkanı verir.

Diqqət! Biz masajoru yuxudan əvvəl istifadə etməyi məsləhət görmürük ki, özünüzü tez yuxudan və istirahətdən məhrum etməyəsiniz.

Düzgün masajor seçmək üçün, onun təyinatını əvvəlcədən dəqiqləşdirmək lazımdır.

Topbrands internet mağazası Bakıda yüksək keyfiyyətli və daim tələb olunan əl və elektrik masajorların geniş çeşidini təklif edir. Bizim menecerlər sırf sizə uyğun gələn modeli əldə etməkdə daim sizə kömək göstərərlər.

Masajorları Topbrands internet mağazasından əldə edin

Evdə istifadə etmək üçün masajorlar müxtəlif xəstəliklərin profilaktikası üçün sizin sadiq dostlarınız olacaq. Masajor alaraq siz, özünüzü masajist kabinetinə olan uzun növbələrdə gözləməkdən və əlavə xidmət haqqı ödəməkdən azad edirsiniz.

Topbrands mağazasının əməkdaşları sizə və sizin yaxınlarınıza möhkəm can sağlığı arzu edir. Məsləhət üçün bizim menecerlərə müraciət edin. 39 manatdan yuxarı sifarişlərə, Azərbaycan və Bakı ərazisində 1-2 gün ərzində pulsuz çatdırılma şamil olunur.

Masajorlar haqqında tez-tez verilən suallar:

1. Masajoru necə seçməli?

Cihaz seçərkən, onun təyinatl və iş prinsipinə - mexaniki və ya elektrik mühərrikli olmasına diqqət etmək lazımdir. Bundan əlavə isti su üçün qab, rolik dəsti, vibroplatforma və əl masajı üçün aksesuarlar da əhəmiyyət kəsb edir.

2. Masaj döşəkçəsini necə istifadə etməli?

Masaj döşəkçəsini daha çox stulda, ofis kreslosunda, divanda və sair oturacaqlarda bərkidərək istifadə edirlər. Bunun üçün aparatlarda xüsusi bərkidici kəmərlər və ya rezinlər istifadə olunur. Özünüzə rahat yer seçin, döşəkçəni bərkidin və masajı başlayın.

3. Boyun üçün diyircəkli masajordan necə istifadə etməli?

Boyun və çiyinlər üçün diyircəkli masajordan istifadə üçün xüsusi bilgilərə ehtiyac yoxdur. Sadəcə masajoru əlinizdə tutaraq, diyircəkli hissə ilə boynunuzu, çiyinlərinizi və belinizi masaj edin. Diyircəklər fırlanaraq qanı qovur və ümümi vəziyyətinizi yaxşılaşdırır.

4. Ayaq masajorunun səmərəsi nədən ibarətdir?

Hami bilir ki, insanın pəncəsində yerləşən çoxsaylı nöqtələrə təsir etməklə, insan bədənində müxtəlif orqan və sistemlərin işini yaxşılaşdırmaq mümkündür. Bundan əlavə ayaqların masajı qan və limfa dövranını yaxşılaşdırır.

5. Üzü diyircəklə masaj etməyin düzgün yolları?

Masajdan əvvəl üzü təmizləmək və diyircəklə, mərkəzdən kənarlara hərəkət etməklə yumşaq və yavaş sürətlə masaj edin. Bu tip masaj həftədə 3-4 dəfə təkrar etməklə, bir neçə dəqiqə davam etsə, kifayət edir. Əgər sizin üzünüzdə şişkinlik varsa, bu masajın sizə çox xeyri olacaqdır.

  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol