Virtual reallıq eynəkləri haqqında bilməli olduğunuz hər şey

Sevimli oyunun qəhrəmanı olmaq, Marsa uçmaq, okeanın dibinə enmək, Everestin zirvəsinə qalmaq, rok konsertə getmək, xəyallarınızın evində gəzmək və ya evdən çıxmadan internet mağazada bəyəndiniz ayaqqabını geyinmək - bu günümüzdə fantastika deyil, reallıqdır. VR eynəklərin bəxş etdiyi virtual reallıq.

VR eynək nədir?

VR eynək 3 ölçülü audiovizual məkanları simulyasiya etməyə imkan verən xüsusi cihazdır. Plastik korpusdan, görüntünü fokuslayan arakəsməli linza və ekrandan ibarətdir. Reallıq effekti görüntünü hər gözə ayrıca ötürməklə və giroskop və akselerometr vasitəsilə başın hərəkətini izləməklə əldə olunur.

Virtual reallıq elementləri ilə tam uyğunlaşmaq üçün əlavə cihazlardan isitfadə olunur:

  • maqnitometr -3D məkanda uyğunlaşmaq üçün xüsusi kompas;
  • maqnit düyməsi - oyun vaxtı istifadəçinin imkanlarını sürətləndirir (məsələn: avtomobil yarışlarında sürətləndirici kimi çıxış edə bilər);
  • hərəkət kontrolleri - oyunçuya birbaşa oyunda iştirak etmək və ətrafla əlaqə yaratmağa kömək edir.
  • pult - quraşdırılmış videopleyeri idarə etməyə imkan verir və oyunçunun imkanlarını artırır;
  • qulaqlıq - virtual reallığa tam dalmağa imkan verir;
  • mikrofon - informasiyanı səslə daxil etmək və digər istifadəçilərlə danışmağa imkan verir;
  • məkanda hərəkət üçün əlavə ötürücülər - virtual reallıqda hərəkəti izləmək üçün otağın künclərində yerləşdirilir.

Virtual reallıq eynəklərini harda istifadə etmək olar?

Əsasən, VR eynəklər 3D filmlərə baxdıqda və ya oyunlarda varlıq effekti yaratmaq üçün istifadə olunur. Lakin bir az da dərinə getsək, istifadə sahələrinin biraz da geniş olduğunu görərik.

Virtual səyahət

Divanda uzanaraq, dünyanın ən uzaq yerlərinə səyahət etmək çoxlarının arzusudur. Xüsusən də, əgər cibiniz boşdursa, amma təəssürat almaqdan da vaz keçə bilmirsiniz. VR eynək tanınmış şəhərlərin küçələrində gəzməyə, muzeylərində eksponatlara baxmağa və ya soyuq qışda isti dənizin sahilində oturmağa imkan verir.

Təhsil

Virtual reallıq eynəyi ilə təhsil yeni səviyyəyə çıxa bilər. Razılaşın ki, insan anatomiyasını, kosmik cisimlərin hərəkətini, həndəsi fiqurların quruluşunu, atomların və molekulların daxili quruluşunu öyrənmək, onlara daha yaxından baxaraq, toxunmaq imkanı olanda daha asan olur. Bundan əlavə vacib tarixi hadisələrdə iştirak etmək olar.

Səhiyyə

VR eynəklər həkimlərin də işini bir xeyli yüngülləşdirərək, müxtəlif fobiyaların müalicəsində kömək edə bilərlər. Google Glass vasitəsilə Amerikada pasientlərlə virtual konsultasiya və eksperimental müalicə faktları artıq mövcuddur.

İnternet satış

İnternet mağazalarda virtual reallıq texnologiyasının reallaşdırılması bir neçə formada mümkündür: mağaza imitasiyası, kataloq məhsullarının sərgisi, paltarların ölçülməsi və s.

Proyektləşdirmə və inşaat

Hətta ən düşünülmüş proyekt sifarişçiyə mühəndis, arxitektor və dizayner fikirləşdiyini göstərə bilməz. VR eynəklər həcmli yaradılmış otaqları hər bir tərəfdən göstərmək imkanı verir.

Kütləvi tədbirlər

Virtual reallıq eynəkləri, həmçinin, bahalı biletlərin və ya tədbirlərdə yer çatışmamazlığının yaratdığı vəziyyətlərdən çıxış təklif edə bilər. Onların köməyilə evdə oturaraq, sevdiyiniz müğənninin konsertini izləyə və ya idman matçına tamaşa edə bilərsiniz.

virtual reallıq eynəkləri Bakıda virtual reallıq eynəkləri VR eynəklər

VR eynəkləri necə seçməli

Günümüzdə kompüter bazarında təqribən 1000 model VR eynək təqdim olunur, ona görə də seçim böyükdür. Təyinatına görə onlar 4 növə bölünür:

  • Smartfonlar üçün VR eynəklər;
  • PK və noutbuklar üçün VR eynəklər;
  • Oyun konsolları üçün VR eynəklər;
  • avtonom VR eynəklər.

Onların xüsusiyyətlərini ətraflı gözdən keçirək.

Smartfonlar üçün VR eynəklər

Smartfonlar üçün virtual reallıq eynəklərində korpusa quraşdırılmış mobil telefon ekran rolunu oynayır. Bu eynəklər 3D filmlərə baxmaq üçün, VR rejimində mobil oyunlar oynamaq və 3D görüntülü kompüter proqramları üçün ideal uyğun gəlir.

Özəllikləri:

  • Yalnız smartfonla işləyir;
  • Görüntünün keyfiyyəti telefon ekranının genişliyindən və matrisasından asılıdır;
  • USB qoşulma vasitəsilə kompüter oyunlarına uyğundur.

Üstünlükləri:

  • Özünüzlə səyahətə və ya dostlarınızın yığıncaqlarına götürə bilərsiniz;
  • Güclü personal kompüter olmasını tələb etmir;
  • Qiyməti ucuzdur.

Mənfi cəhətləri:

  • Virtual reallıq texnologiyasını dəstəkləyən az sayda mobil oyun və tətbiq;
  • VR mobil oyun qrafikası konson və PK analoqlarından çox geri qalır.

Nəyə fikir vermək lazımdır:

  • Smartfonun əməliyyat sistemi ilə uyğunluq (Android, iOS, Windows Phone);
  • Displeyin uyğun diaqonalı (4-6 düym);
  • Baxış bucağı (70-110 dərəcə).

PC və noutbuklar üçün VR eynəklər

Personal kompüter və noutbuklar üçün virtual reallıq eynəkləri, smartfonlar üçün olan eynəklərdən fərqli olaraq, xəyal dünyasına daha dərin dalmağa imkan verir. Onlar tam funksiyalı ekranlarla (bəzi güclü modellərdə 2 displey var), əlavə ötürücülərlə, kontrollerlərlə və aksesuarlarla təchiz olunub.

Özəllikləri:

  • Yalnız kabellər ilə qoşulduğu personal kompüter ilə işləyir;
  • İstifadəçinin məkanda hərəkətlərini izləyən daxili ötürücülər ilə təchiz olunub (Oculus Rift modelində oyunçunun bütün hərəkətlərini nəzarətdə saxlayan baza stansiyalar mövcuddur).

Müsbət göstəriciləri:

  • Çox sayda VR texnologiyalı oyun və tətbiqlər;
  • Adi 3D oyunları dəstəkləyir (keyfiyyət aşağı olmaq şərtilə);
  • 3D şəkil və videolara baxmaq uyğundur;
  • Konferensiyalar, görüşlər, təhsil və virtual səyahətlərdə yeni imkanlar açır.

Mənfi göstəricilər:

  • Güclü kompüter tələb edir;
  • Stasionardır (məsələn, filmlərə yalnız kompüter yaxınlığında baxmaq olar);
  • Qiyməti bahadır.

Nəyə fikir verməli:

  • Funksional (virtual reallığa dalmanın dərinliyi daxili ötürücülərin sayına görə yüksəlir);
  • Baxış bucağı (100 dərəcədən yuxarı);
  • PK ilə uyğunluq (müasir və güclü olmalıdır, yoxsa görüntü donacaq);
  • əlavə aksesuarların olması (gamepad, xarici ötürücülər).

VR eynəklər Bakıda virtual reallıq eynəkləri alın Bakıda virtual reallıq eynəkləri alın

Oyun konsolları üçün VR eynəklər

Oyun konsolları üçün virtual reallıq eynəkləri texniki göstəricilərinə görə personal kompüter üçün VR eynəkləri ilə oxşar olsa da, daha çox sırf oyunlar üçün istehsal olunur. Ən parlaq nümunə kimi Sony Playstation VR eynəyini göstərmək olar.

Özəllikləri:

  • Yalnız oyun konsolu ilə işləyir;
  • daxili qarnıtur və oyunçunun hərəkətini məkanda izləyən ötürücü ilə təchiz olunub.

Müsbət göstəriciləri:

  • güclü qrafikalı oyunları dəstəkləyir;
  • Xüsusi proqramlar vasitəsilə PK-da istifadə etmək olar.

Mənfi göstəriciləri:

  • Stasionardır (oyunları yalnız konsol arxasında oynamaq olar);
  • Oculus Rİft və HTC Vive modellərindən ucuz olsa da, qiyməti baha seqmentə aiddir.

Nəyə fikir vermək lazımdır:

  • Oyun konsolu ilə uyğunluq;
  • Baxış bucağı (100 dərəcə və yuxarı);
  • Əlavə komplektasiyanın olması (PS kamera, Playstation Move kontrollerləri).

Avtonom VR/AR eynəklər

Avtonom virtual reallıq eynəklər – VR qadjetlər silsiləsində ən bahalı və ən funksional cihazlardır.

Özəllikləri:

  • Güclü prosessorla, operativ və fleş yaddaşla, batareya və oyunları (tətbiqləri) birbaşa şlemə yükləməyə imkan verən şəxsi əməliyyat sistemi ilə təchiz olunub;
  • Real dünyada olan həcmli obyektlərin proyektləri ilə artırılmış reallıq yaradır.

Müsbət göstəriciləri:

  • Mobildir (istənilən yerdə istifadə etmək olar);
  • Smartfon, PK və ya konsola birləşdirilməyə ehtiyac duymur.

Mənfi göstəriciləri:

  • Çox bahadır (məsələn, Microsoft HoloLens 3000 dollar qiymətindədir).

Həmçinin nəzərə alın:

  • Virtual dünyada hərəkət maksimum rahat olsun deyə, 2 bərkitmə kəmərli şlem alın. Bu halda başa düşən ağırlıq bərabər paylanılır və siz daha az yorulursunuz;
  • Əgər siz optik eynəkdən istifadə edirsinizsə, linzaların quraşdırıla bilməsinə diqqət edin;
  • Bir çox hallarda istehsalçı displeyin genişliyini iki gözə nəzərən qeyd edir. Bir gözə düşən genişliyi ölçmək üçün, göstəricini ikiyə bölün.

VR eynəklər gözlər və sağlamlıq üçün təhlükəsizdirmi

İndi isə əsas məsələ: VR eynəklər istifadəçinin gözlərinə və sağlamlığına təsir edirmi? Bu sualın cavabı birmənalı deyil.

Virtual reallıq eynəkləri bir seans 30 dəqiqə olmaq şərtilə görmə və sağlamlıq üçün təhlükəsiz sayılır. Fasiləsiz istifadə gözlərin yorulmasına, nevrologi və psixoloji xəstəliklərə gətirib çıxara bilər (xüsusilə qeyri stabil psixikalı uşaqlarda).

Görmə problemi olan və lazer korreksiyası keçən insanlara həkimlər istifadədən əvvəl mütəxəssislərlə konsultasiya etməyi məsləhət görürlər. Ciddi göz xəstəlikləri, məsələn, astiqmatizmi olan insanlara bu cihazlardan istifadə qadağandır.

İstehsalçıların böyük əksəriyyəti yaş həddi tətbiq edir, ona görə də 12 yaşdan aşağı uşaqlara bu eynəklərdən istifadəni məsləhət görmürük.

Diqqətli olun, həkimlər və istehsalçıların tövsiyyələrinə riayət edin və virtual dünyaya daxil olmağa sizə heç nə mane olmayacaq.

Bunun nə olduğunu dərk etmək üçün isə, bizim mağazanın kataloquna keçid etməyi və virtual reallıq eynəklərinin xüsusiyyətləri ilə tanış olmağı təklif edirik. Öz müraciətinizi Əlaqə bölməsində qeyd edin və bizim menecerlər sizinlə əlaqə yaradacaqlar.

10.09.2021
  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol