Ortopedik korsetin səmərəsi barədə

Müxtəlif fəqərə zədələri, pataloqiya və xəstəlikləri zamanı korsetlərdən – müasir və effektiv ortopedik vasitələrdən istifadə olunur. Bir çox hallarda onlar müxtəlif əlavə elementləri olan kəmər formasında hazırlanır. Xüsusi funksiyalarlı cihaz məqsədyönlü təsir etmək və konkret istiqamətdə kömək etmək üçün istehsal olunur. Hər bir detalın düşünülməsi sayəsində məhsul çox sadədir, istifadədə rahatdır və diskomfort yaratmır. Onları geyinmək və soyunmaq rahatdır, bədənə sıx yapışır, lakin sıxmır, buxarlanma effekti yaratmır.

Günümüzdə bu məhsul daha çox populyarlaşır, çünki insanlar daha çox oturaq həyat tərzi keçirir. Nəticə olaraq, böyük insanlarda və hətta uşaqlarda da fəqərə sütunu deformasiyalara uğrayır, skalioz nəzərə çarpmağa başlayır, insanın xarici görünüşünü və bədən quruluşunu korlayır, həmçinin, müxtəlif xəstəliklərinin başlanmasına yol açır. Çünki, fəqərə sütunu insan skeletinin əsasıdır, onun sayəsində bütün bədən sistemləri və orqanlar beyinlə təmasa girir.

İnsanın sağlam olması üçün, onun fəqərə sütunu sağlam olmalıdır. Buna görə də insanlar – bel sütununu necə düzəltməli sualının cavabını daim axtarır. Gəlin, bel quruluşunun korrektorunun növləri və istifadə qaydalarına nəzər salaq.

Bel üçün kəmər

Bir qayda olaraq, bel sütununun əyilməsinin və xəstəliklərinin profilaktikası üçün istifadə olunur. Bədəni düzgün formada saxlayır, fəqərə sütununa və ona bitişik əzələlərə yüklənməni azaldır. Əyilmə, osteoxondroz, yırtıq, radikulit, skolioz, ilkin mərhələ kifoz və bel ağrılarını azalmaq lazım gəldikdə taxılır. Həmçinin bu model idmanla məşğul olan insanlara və fəqərə sütununa daimi və birdəfəlik yüklənmə (uzunmüddətli oturma və ya ağırlıq qaldırma) tətbiq edən insanlara məsləhət görülür. Məhsul qiqroskopik, elastik və yumşaq materiallardan hazırlanır. Onlardan bəziləri yüngül qızdırıcı və massaj effektinə malik ola bilər ki, bu da soyuqlama riski yuxarı olan bel hissəsində daha vacibdir. Osteoxondroz, nevralgiya radikulit kimi xəstəliklərdən uzaq olmaq üçün, bel üçün bandajdan istifadə etmək məsləhət görülür. Lakin əgər xəstəlik və ya zədə artıq varsa, o halda ağırlaşmalardan qaçmaq üçün, yaxşı olar ki, korsetdən istifadə edəsiniz. Məna etibari ilə bu həmin bandajdır, lakin xüsusi əlavələri var. Gücləndirilmiş bandaj, radikulit əleyhinə korset, qızdırıcı bandaj və s. kimi modellər mövcuddur.

Bel yırtığı vaxtı bel üçün kəməri, həkimlər vacib gəzdirməyi məsləhət görürlər, Çünki bu çox qorxulu xəstəlikdir, onun ağırlaşması cərrahi əməliyyata və hətta əlilliyə gətirib çıxara bilər. Bu halda xüsusi konstruksiyalardan istifadə etmək lazımdır: ikinci dəri effektli bel dayaq korseti, massaj əlavəli, dəqiq fiksasiya effektli bel korseti, dinamik gücləndirilmiş korset və s. Hansı insana konkret hansı modelin uyğun gəlməsinə profil həkimi qərar verməlidir.

Qeyd etmək lazımdir ki, yırtıq, radikulit, skolioz və sair kimi xəstəliklərin hamısı öz kökünü bel sütununun əyilməsindən götürür. Buna görə də, əyilmədən müdafiə edən korseti, ilkin əlamətlər ortaya çıxan kimi dərhal geyinmək lazımdır. Burda özünü reklinator daha yaxşı göstərmişdir. Bu möhkəm əsaslı korset çiyinləri arxaya dartır, ətraf əzələlərini düzgün formaya öyrəşdirir və beli düzəldir.

Bir çox insanları tibbi ortopedik bandajın və bel korsetinin tibbi təyinatı və onların arasındakı fərq barədə sual maraqlandırır.

Bel üçün kəmər (bandaj) - əsasən profilaktik məqsəqlərdə, əməliyyat və zədələrdən sonra reabilitasiya dövrünün axır vaxtlarında istifadə olunan yumşaq, elastik məhsuldur. Həmçinin, sağlamlıq üçün təhlükə törətməyən xəstəliklərin ilkin vaxtlarında istifadə oluna bilər.

Qamət üçün korset daha yaxşı fiksasiya üçün müxtəlif əlavə və qabırğalar ilə təchiz olunub. Xəstəlik artıq inkişaf etməyə başladıqda, mənfi təsirin qarşısını almaq üçün müalicədə istifadə olunur. Qabırğaların möhkəmliyindən asılı olaraq, bu məhsullar tam möhkəm və yarı möhkəm qrupa bölünür. Məsələn: skalioz vaxtı bel korseti beli lazımi qədər sıxır, əzələləri boşaldır və beldə ağrıları azaldır. Nəticədə bel sütunu yavaş yavaş düzəlir, normaya qayıdır və patalogiya aradan qalxır.

Korsetin verdiyi imkankarı yadda saxlamaq lazımdır:

  • düzgün qamət və gözəl bədən quruluşu formalaşdırmaq;
  • bel sütununa anatomik düzgün formada dayanmağa kömək etmək;
  • daxili organların işini yaxşılaşdırmaq;
  • bel sütununa və bitişik əzələlərə düşün yükü azaltmaq;
  • skeletin proqressiv deformasiyasının qarşısını almaq.

Bel üçün ortopedik korseti bizim internet mağazadan tez və heç bir problem olmadan - sürətli çatdırlma və mütəxəssis köməyi ilə əldə edə bilərsiniz. Siz seçimdə səhv etməyəsiniz deyə, mütəxəssislərimiz daim məsləhət verməyə hazırdırlar. Ortopedik korseti elə bu gün sifariş edin və orqanizmizin sizə “çox sağol” deməsinin şahidi olun.

Özünüzü qoruyun və sağlam olun!

01.07.2021
  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol