Oturacaq üçün ortopedik döşəkçəni necə seçməli?

Vaxtımızın çox hissəsini, biz, oturaraq keçiririk: sükan arxasında, ofis kreslosunda, təhsildə və ya televizora baxdığımız zaman. Lakin çox az adam oturaq həyatın bel sütunu üçün nəticələri haqqında düşünür.

Biz çox oturduqda,bel hissəmizdə bel sütununa olan təzyiq artır, bel əzələləri zəifləyir. Belə oturaq həyat tərzi sonradan bu nəticələrə gətirib çıxarır: beldə ağrılar, osteoxondrozun inkişafı, qamətin əyilməsi. Damarların sıxılması nəticəsində aşağı ətrafların qan dövranı pozula bilər. Bu da öz növbəsində cinsəl-sidik sistemində problemlər yarada bilər, hətta babasilin çıxmasına şərait yarada bilər. Varikoz inkişaf edə bilər və dümüskülə daimi təzyiq nəticəsində, hətta, aşağı ətrafların keyiməsi belə müşahidə oluna bilər.

Oturacaq üşün döşəkcə nədir?

Bu oturacağa xüsusi bərklik verən xüsusi əlavə altlıqdır. Bu, bel sütununu düzgün formada saxlamaq üçündür. Döşəkçələr müxtəlif forma və materialdan ola bilər, lakin, onların hamısı uzun müddətli oturduqda ağrıların qarşısını almaqdır. Bu cür döşəkçədə oturmaq əzələlərin təzyiqını azaldır, aşağı ətraf orqanlarını yükdən azad edir və dümüsgülə düşən yükü aradan qaldırır.

Oturacaq üçün döşəkçə oturaq vəziyyətin narahatlığını azaldır, bu səbəbdən də tələbələrə, şagirdlərə, ofis işçilərinə, proqrammistlərə və rəhbər işçilərə vacibdir. Ortopedik döşəkçələr, həmçinin, avtomobildə çox rahatdır. Onlar həm rahatlığı artırır, həm də bel sütununa olan pis təsiri azaldır.

Bəzən belə istifadə həkim tərəfindən təyin olunur. Bu hallar daha tez sağalmaq, xəstənin vəziyyətini yüngülləşdirmək, ağırlaşmaların qabağını almaq üçündür. Bu hallarda oturacaq üçün döşəkçələrin istifadəsi tövsiyyə olunur:

  • hamilə qadınlara son trimestrda;
  • qamət pozğunluğunda, skolioz, osteoxondroz, bel ağrıları zamanı;
  • damar xəstəliklərində;
  • aşağı ətraf və dümüsgül zədələri və əməliyyatından sonra reabilitasiya vaxtı;
  • prostatit, babasil;
  • ahıl yaşda.

Düzgün seçilmiş ortopedik döşəkçə həm rahatlığı artırır, həm də beldə ağrı, bel sütununun əyilməsi, ətrafların keyiməsi kimi halların qarşısını alır.

İstifadənin üstünlükləri

Oturacaq üçün ortopedik döşəkçələr istənilən stulda istifadə oluna bilər. Onlar praktik və rahatdırlar. Onların çox üstünlükləri var:

  • onlar rahat təmizlənən və allergiya yaratmayan keyfiyyətli məhsullardan hazırlanır;
  • yaxşı hava mübadiləsi təmin edir, göbələk və xoşagəlməz qoxu yaranmasının qarşısını alır;
  • doldurucu müxtəlif səviyyə bərklik yarada bilir, ona görə də optimal variant seçimi mümkündür;
  • istənilən çəki və qabaritlərdə insanlar üçün uyğun gəlir;
  • istifadəyə davamlıdır və uzun müddət keyfiyyətini saxlayır.

Ofis stulları üçün ortopedik oturacaq doşəkçələri hansı formalarda olur

Bütün bu tip məhsullar iki böyük qrupa bölünür. Onlar universal - insanın bədən formasına uyğunlaşan və daha bərk - yalnız bir formada üstündə oturula biləcək olur. Bundan əlavə, onlar forma və ölçülərinə görə fərqlənir. Ofis stulları üçün onların formasını təkrarlayan döşəkçələr istifadə etmək daha yaxşı olar. Ölçülərinə görə onlar, eynilə stulun oturacağına uyğun olmalıdırlar. Həmçinin stulun bərkliyi də nəzərə alınmalıdır. Bu tip məhsullar yumşaq kreslolara uyğun gəlmir, çünki əyildikdə, bel sütununun lazımi duruşunu təmin edə bilmir.

Bundan başqa aşağıdakı növlər mövcuddur:

  • roller formasında;
  • üzük formasında (babasıl və hamiləlik vaxti istifadəsi uyğundur);
  • düzbucaqlı və kvadrat formada (düz və ya batıqlı ola bilər)
  • paz formalı (düzgün qamət tutmağa kömək edir).

Ombaların altına qoyulan ortopedik döşəkçələrdən başqa, həm də bel arxasına qoyulan məhsullar vardır. Onları stulun bel hissəsinə, avtomobil oturacağının bel sahəsinə yerləşdirirlər. Onlar şişmiş formaya malikdir, bel sütununun düzgün formasını təkrarlayır. Onları həm ayrı, həm də döşəkçə ilə birgə istifadə etmək olar.

Oturacaq üçün ortopedik döşəkçələrin doldurucusunun materialı

Ortopedik məhsullar üçün müasir elastik dolduruculardan istifadə olunur. Onlar düzgün bədən quruluşunu təmin etmək və rahat oturuş üçün daha çox bərkliyə malikdirlər. Növbəti məhsullardan istifadə olunur:

  • natural lateks (bel sütununun düzgün duruşunu təmin edir);
  • süni lateks və ya penopoliuretan (daha az elastikdir);
  • elastik köpük (insan bədən formasını özündə əks etdirir, istifadədən sonra əvvəlki vəziyyətinə qayıdır);
  • qarabaşaq qabığı (bədən formasına uyğunlaşan qiqienik natural doldurucu);
  • poliestr (sürüşkən səthli kiçik toplar döşəkçəni yumşaq edir, bu da əzələlərdən gərginliyi götürür).

Bakıda ortopedik döşəkçəni necə seçməli?

Bir çox səmərəli özəlliklərini baxmayaraq, düzgün istifadə edilmədikdə, ortopedik döşəkçə ziyan da verə bilər. Bu səbəbdən də seçim vaxtı bunlara diqqət etmək lazımdır:

  • Qamətlə bağlı problemlər zamanı lateksdən olan məhsullar kömək edir.
  • Bel ağrıları zamanı yaddaş effektli elastik köpük istifadə olunur.
  • Döşəkçə ölçüyə uyğun gəlməlidir və insanın çəkisinə uyğun olmalıdır.
  • Döşəkçədən oturduqda insan əyilməməlidir, buna görə də əvvəlcədən iş masasının hündürlüyü nəzərə alınmalıdır.
  • Çexol təmizlənmək üçün çıxarıla bilən olmalıdır və keyfiyyətli materialdan hazırlanmalıdır;
  • Döşəkçə qalın olmalıdır, nazik düzgün dəstək təmin etmir.

Oturacaq üçün ortopedik döşəkçə seçimində sizə bizim mütəxəssislər yardım edər. Çeşidimizlə tanış olmaq üçün Topbrands.az mağazasının kataloquna keçid edin.

14.12.2021
  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol