Trimmer stil sahəsində kişilər üçün əvəzolunmaz cihazdır. Onun köməyilə evdən çıxmadan üzdə lazım olmayan tükləri asanlıqla aradan qaldırmaq və ya gözəl saqqal düzəltmək olar. Bu cihaz getdikcə daha çox kişilər arasında populyarlıq qazanmağa başlayır. Lakin güclü cinsin bütün nümayəndələri trimmerin istifadəsi və qayğısına qalmaq haqqında məlumatlı deyillər. Trimmer xarici görünüşünü diqqətdə saxlayan və hər gün baxımlı görünmək istəyənlərin seçimidir. Trimmerin köməyi ilə vaxtınıza daha çox qənaət edə bilərsiniz, sadəcə onu düzgün istifadə etməyi öyrənmək lazımdır.
Trimmeri necə seçməli?
Saçları effekti qırxa bilən effektiv saqqala qulluq cihazı seçmək əsas suallardan birincisidir. Bu cihazın akkumlyatoru bütün proses zamanı qıdalanmanı təmin etməlidir.
Trimmer seçərkən diqqət etməli olduğunuz tövsiyyələr:
- Ülgüc paslanmayan metaldan olmalıdır. Bu tip ülgüc saçları dartmadan qırxmağa kömək edir və uzun müddət işlədilə bilər.
- Cihazı suyun altında təmizləyə biləsiniz deyə, sudan müdafiə olunmuş korpuslu trimmer seçin.
- Təraş vaxtı trimmer əlinizdən sürüşməsin deyə, tutacağı rezin olan trimmer seçin. O, əldə də yaxşı tutulur.
- Trimmerdən rahat istifadə üçün, daha çox başlığı olan trimmerlərə üstünlük verin.
- Daha yaxşı olar ki, vakuum funksiyali trimmerlərə diqqən edəsiniz. Onlar tükləri avtomatik olaraq yığır və vanna otağınızın təmizliyinin qeydinə qalır.
Saqqalın uzunluğunu seçirik
Hər bir kişinin üzündəki saqqalın uzunluğuna nəzərən öz zövqü və seçimləri var. Sizə daha uyğun uzunluğu təyin etmək üçün, saqqalınızı tamamilə qırxın və onun yenidən uzanmasını izləyin. Beləcə hansı uzunluqda sizə daha çox yaraşdığının şahidi ola bilərsiniz və bu uzunluğa uyğun trimmer seçə bilərsiniz.
Nəyə diqqət etmək lazımdır:
- Əgər siz seçiminizi uzun saqqalda saxlamısınızsa, sizə müxtəlif quraşdırmalarlı, güclü trimmer lazımdır.
- Əgər sizin seçiminiz qısa saqqaldırsa, sizə daha zəif və az funksiyalı trimmer uyğun gəlir. Bu halda sizə əlavə başlıqlar olmadan yalnız ülgüc başlığı lazımdır.
- Əgər siz özünüzə dəbli saqqal düzümü istəyirsinizsə, müxtəlif başlıqlı və funksiyalı trimmerlərə diqqət edin. Daha dəqiq təraş üçün, bu trimmerin dəstində standart başlığı daha kiçik dişli başlığa dəyişmək imkanı olmalıdır.
Trimmerin təmizliyi və qulluğu
Bu cihazın istifadə müddətini uzatmaq üçün onunla ehtiyatla rəftar etmək, keyfiyyətli qulluq etmək, təmizləmək və xüsusi yağla yağlamaq lazımdır. Saqqal qırxmaq üçün cihazın təmizliyini qorumaq üçün növbəti tövsiyyələrə riayyət edin:
- İstifadədən sonra mütləq bütün başlıqları yaxşıca yuyun, sabunlu sudan da istifadə etmək olar. Əgər sizin trimmerin korpusu sudan müdafiə olunmayıbsa, heç bir halda onu axar suyun altında yumayın. Bu cihazı tamamilə sıradan çıxara bilər.
- Trimmeri tüklərdən təmizləyin. Bunu dəstə daxil olan fırça vasitəsilə də edə bilərsiniz. Həmçinin cihazı pambıq diskləri ilə təmizləyə bilərsiniz.
- Mütləq trimmeri xüsusi yağ ilə yağlayın. Bu motor və ülgücün öz iş qabiliyyətini qoruması üçündür.
- Vaxtı vaxtında akkumlyatoru qidalandırmağı unutmayın. Qıda az olduqda, trimmer saçları qırxmayacaq, sadəcə qoparacaq. Bu isə diskomfortdur və dərinizdə qızartılar əmələ gətirəcək.
Trimmeri necə qorumalı
Siz sizə uyğun trimmer axtarışında vaxtınızı və pulunuzu xərcləmisiniz. Bu cihazı qorumaq onun qeydinə qalmaq ilə eyni səviyyədədir. Trimmerin qutusunda çox sayda xırda detallar və başlıqlar ola bilər. Əgər cihazın dəstinə futlyar daxil deyilsə, yağı, başlıqları, trimmeri, qida cihazını yerləşdirə biləcəyiniz futlyar və ya çanta alın. Bu cür qorumanın üstünlükləri:
- bütün başlıqlar bir yerdə toplanıb və daim əl altındadır, bu çox rahatdır;
- hər hansısa bir kiçik detalın və ya yağın itməsinə görə narahat olmaq lazım deyil;
- əlavə toz və ya mayenin düşməsindən müdafiə;
- bu formada trimmeri özünüzlə istənilən yerə aparmaq daha rahatdır.
Əsas məsləhətlər
Yuxarı yazılanların nəticəsi olaraq, artıq trimmer sahibi olanlar və ya hələ yeni almaq istəyənlər üçün əsas məsləhətləri seçək:
- Trimmer daimi təmizlənmə və yağlanma tələb edir.
- Təraş prosesini rahatlaşdırmaq və saqqalınızın daim yumşaq olması üçün saqqal üçün xüsusi şampunlardan istifadə edin.
- Tam təraş etdikdən sonra, üzünüzdə olan bütün tükləri yığışdırın. Ola bilər ki, bəzi yerlərdə tüklər qalar və onları trimmer ilə yenidən qırxmaq lazım gələr.
- Təraş zamanı diskomfort və xoşagəlməz hisslər keçirtməmək üçün, təraşdan öncə trimmerin qidasının tam olduğundan arxayın olun.
- Təraş saçların inkişaf hərəkətinin əksinə, yumşaq hərəkətlərlə olmalıdır. İdeal təraş üçün, trimmeri qırxdığınız yerlərdə bir də gəzdirin.
Bununla da trimmerin nə olduğunu, ona necə qulluq edib, onun necə saxlayaçağımızı aydınlaşdırdıq. Buna görə də, əgər siz salonlara getməyi sevmirsinizsə və ya buna vaxtınız yoxdursa, bizim internet mağazanın kataloquna keçid edərək, saqqala qulluq üçün keyfiyyətli cihaz seçiminə başlayın. Mağazamızın mütəxəssisləri daim sizə məsləhətlə yardım etməyə hazırdırlar.
"TopBrands" ilə xoş alış-verişlər!