Smart saat nədir və hansı funksiyalara malikdir?

Bu məqalədə biz, smart saatın nə olduğunu, hansı funksiyalara sahib olduğunu, fitnes brasletdən nə ilə fərqləndiyini haqqında söhbət açırıq və 2021ci ildə hansı cihazın seçimə daha uyğun olduğunu aydınlaşdırırıq.

Smart saat nədir

Ağıllı saat sözü ingilis dilində olan Smart Watch sözündən yaranıb. Klassik mexaniki və elektron saatlardan fərqli olaraq, onlar smartfona qoşulur, mobil cihazdan yüklənən bütün məlumatı istifadəçiyə çatdırmaq üçün sensor ekrandan istifadə edir.

Başqa sözlə, bu sizin smartfonun əksidir. Əgər smart saat telefonsuz işləyirsə, onlar müxtəlif ötürücülər - ürək ritminin ölçülməsi, addım ölçən, məsafə ölçən və hətta arterial təzyiq ölçən kimi ötürücüləri çalışdırır. Göstəricilər birbaşa saatın displeyində əksini tapır.

Ağıllı saatların funksiyaları

Smart saatların funksiyaları smartfonlarla oxşardır, lakin saatlar sizə telefonunuzun təklif edə bilmədiyi başqa funksiyalar da təklif edə bilər. Smart saatların bir çoxu standart funksiyalar təklif edir. Bu funksiyalara daha ətraflı nəzər salaq. Telefon qoşulduqda siz bir başa qolunuzda bu bildirişləri görə bilərsiniz:

  • Sosial şəbəkələrdən ismarıclar;
  • Tətbiqlərin bildirişləri;
  • Sms və buraxılmış zənglər;
  • Daxil olan elektron poçt;
  • Kalendar və hadisələr;
  • Xatırlatmalar;
  • Yuxudan oyatma.

Həmçinin elə bildirişlər var ki, onları yalnız smart saat göstərə bilər. Onlardan bir neçəsi:

  • Siz artıq uzun müddətdir oturmusunuz və hərəkət etmək vaxtıdır;
  • Ürək ritminin qalxması haqqında xəbərdarlıq;
  • Keçməli olduğunuz addım limiti barəsində bildiriş;
  • Smartfonunuzun batareyası qidasını tam itirir;
  • Bluetooth ilə əlaqə kəsilib.

Saata tətbiqlərin quraşdırılması

Smartfonun bildirişlərindən savayı, Smart Watch, həmçinin, özünün işlətdiyi tətbiqləri də dəstəkləyir. Tətbiqlərin ekosistemi fərqlənir və onların böyük əksəriyyəti Apple və Google əməliyyat sistemlərinə əsaslanır. Samsung Linux bazasında qurulmuş öz OC Tizen əməliyyat sistemi ilə istisnadır. Müxtəlif əlavə proqram təminatı vasitəsilə müxtəlif əlavə funksiyalara sahib olmaq olar:

  • musiqi oxuducu;
  • kalkulyator;
  • səs yazıcı;
  • fonar;
  • bağlama çatdırılması;
  • idman bildirişləri ilə bağlı proqram;
  • brauzer (bəzi modellər üçün).

Quraşdırma və personalizasiya

İstehsalçılar şəxsi seçim və zövqə görə ümumi görünüş və ekran dəbini dəyişməyə imkan verir. Bəzi versiyalarda internetdən ekran siferblatının müxtəlif formalarını yükləmək olur, bəzi modellər üçün isə əlavə aksesuarlar mağazalarda satılır.

Model seçərkən, alıcıya korpusun və kəmərin ölçülərini seçmək imkanı verilir ki, eyni saatı həm qadın, həm də kişi taxa bilsin. Ən çox yayılmış ölçülər 42, 44 və 46 mm ölçülərdir, həmçinin bəzi şirkətlər 38 və 40 mmlik korpuslar təklif edir, bu qadınlar üçün nəzərdə tutulmuş versiyadır.

Ekranda lazımi informasıyanın əks olunması

Saat, vaxt və həftənin günü - bu əsas məlumatlardır. Lakin, baza informasiyadan başqa cihazın fırladıla bilən ekranında müxtəlif status və aktivlik haqqında bildirişlər görmək olar:

  • analoq və ya rəqəmsal formada saat;
  • batareyanın həcmi;
  • qoşulma statusu;
  • hava haqqında məlumat;
  • ürək ritmi tezliyi;
  • addımlar;
  • sərf edilmiş kaloriy;
  • qət edilmiş məsafə;
  • məqsədə qədər qalmış məsafə;
  • keçilmiş mərtəbələr;
  • içilmiş suyun miqdarı;
  • və sair digər məlumatlar.

Əlavə imkanlar

Ağıllı saatların imkanları özündə müxtəlif funksiya və seçimlər birləşdirir:

  • Məkanı və qət edilmiş yolu izləmək üçün GPS;
  • smartfonla birləşdikdə, multimedia ilə idarəetmə;
  • itirməyə qarşı funksiya (mobil telefondan uzaqlaşdıqda, qolunuzda siqnal alacaqsınız);
  • acil zəng (SOS düyməciyin proqramlaşdırılması);
  • “ağılli ev”i idarəetmə;
  • səslə daxiletmə;
  • NFC ödəmə (kontaktsız ödəmə);
  • uzaqdan idarəetmə pultu.

SmartWatch nə üçün lazımdır

Smart saatların nə üçün lazım olduğunu təsbit edən xüsusiyyətləri qısaca belə qeyd etmək olar:

  • məlumata tez çatmaq;
  • həyatı vacib məlumatların izlənməsi;
  • sakit və ağıllı zəngli saat;
  • smartfonun kamerası və multimediası ilə idarəetmə;
  • əllərinizin azadlığı;
  • smartfonun funksiyalarının surəti.

Smart saatları tipi və növləri

Funksionalı, dizaynı və iş prinsipinə görə smart saatları 3 növə bölmək olar.

 

Uşaq saatları

 

Telefon və GPS funksiyalı uşaq smart saatları SİM kartla işləyir, internet istifadə edir və valideynin smartfonuna quraşdırılmış mobil tətbiq vasitəsilə izlənilir. Smart Baby Watch qulaqasma funksiyası ilə, oyunlarla, videokamera ilə təchiz olunur və saat/tarix göstərməkdən əlavə digər funksiyalar da təklif edir. Onlar cihazı təkcə gənc istifadəçinin izlənməsi üçün vasitə deyil, həm də maraqlı cihaza çevirir. Bu özəllikləri xüsusi ilə qeyd etmək olar:

  • ikitərəfli telefon rabitəsi;
  • bir düymə ilə acil zəng funksiyası;
  • addım ölçən;
  • zəngli saat;
  • əldən çıxartma ötürücüsü;
  • kalendar, fonar (modeldən asılı olaraq);
  • siferblatın rəng və formasının dəyişdirilməsi (bəzi modellərdə);
  • səsli çat.

Hibrid ağıllı saatlar

Bu saatlar özlərində mexaniki və ağıllı saatları birləşdirir və Bluetooth vasitəsilə smartfonla qoşularaq tətbiqin köməkliyi ilə işləyir. Xarici görünüşdən bu adi mexanikadır, istifadədə isə smart funksiyalardan istifadə olunur:

  • addımların ölçülməsi;
  • smartfona bildirişlərin göndərilməsi;
  • sonradan smartfonda yoxlanıla bilən digər bildirişlər;
  • zəngli saat;
  • proqramlaşdırıla bilən düyməciklər;
  • smartfon kamerasından şəkil çəkmə;
  • telefonda multimedia ilə idarə;
  • mobil cihazın axtarılması.

Ağıllı saat

Bir qayda olaraq smart saat smartfonla birləşərək işləyir və istifadə üçün bir çox funksiyalar təklif edir. Bəzi modellər avtonomdur və telefonsuz da çalışa bilir. Ağıllı saatların funksiyalarının bir çoxunu biz yuxarıda qeyd etmişik.

Həmçinin, saatlar müxtəlif korpusa: paslanmayan metal, plastik, keramika və s. və dəri, tekstil, silikon kimi kəmərlərə sahib olur. Öz növbəsində ağıllı saatlar formasına və funksionalına görə:

  • Klassik (premium sinif və ucuz büdcəli).
  • İdman smart saatları (məşğələlər zamanı rahat istifadə).
  • Kişi, qadın və uniseks (ölçü, rəng və bəzi funksiyalara görə seçilir).

Digər bir seçim növü həyatın konkret vəziyyətlərinə görə saatların qruplara ayrılmasıdır. Bu bölümlər haqqında da məlumat verək.

  • Səyahətçilər üçün saat. Turizm və səyahət üçün nəzərdə tutulub və bir qayda olaraq GPS treker və naviqator ilə təmin olunub, uzun müddətli avtonom baterya ilə təchiz olunub, zərbəyə və suya davamlıdır.
  • Dayvinq üçün saat. Su keçirməz modellər. Onları dərin dalma zamanı istifadə etmək və dərinlik, zaman, hava tempraturu və digər vacib göstəriciləri görmək olar.
  • Aviasiya üçün saat. Bu daha az istifadə olunan saatlar olsa da, Garmin kimi şirkətlər özündə Pulse OX ötürücüsü çalışdıran saatlar istehsal edir ki, bu da qanda oksigenin səviyyəsi, GPSli xəritə, hava proqnozunu əks etdirir.

Smart Saatlar telefonsuz işləyirmi?

Bir qayda olaraq, smart saatlar telefon ilə birlikdə işləyir və ona bluetooth vasitəsilə qoşulur. Lakin, bu saatlar smartfonsuz işləyə bilərmi? Bəli, işləyə bilər. Android əməliyyat sistemi ilə təchiz olunmuş modellər var ki, onların smartfona qoşulmağa ehtiyacı yoxdur. Onlar, fiziki aktivlik, puls, yuxu haqqında məlumatı avtonom formada toplayaraq daxili yaddaşda saxlayır. Bu məlumatlar smartfona növbəti qoşulma zamanı smartfona yönləndirilir. Həmçinin, bəzi modellər SİM kart və telefon funksiyası ilə də təchiz olunur. Lakin, bu funksiyalar ilə smartfondan istifadə daha rahatdır.

Ümid edirik ki, bizim məqalə siz smart saatlar haqqında və onların seçimi ilə bağlı lazımi məlumatı verə bildi. Smart saatlar haqqında daha ətraflı sualları Əlaqə bölməsində bizə ünvanlayın və biz onları cavablandırarıq.

01.11.2021
  • pulsuz çatdirilma
    PULSUZ ÇATDIRILMA
    29 azn olan sifarişlərə pulsuz çatdırılma
  • keyfİyyətə zəmanət
    KEYFİYYƏTƏ ZƏMANƏT
    100% keyfiyyətə zəmanət
  • yerİndə ödənİş
    YERİNDƏ ÖDƏNİŞ
    Ödəniş Nağd şəkildə birbaşa kuryerə Sifarişi alanda ödənilir
  • sİfarİş 1 gün ərzİndə çatdirilir
    SİFARİŞ 1 GÜN ƏRZİNDƏ ÇATDIRILIR
    bütün mallar əldədir
X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim
X
Daxil ol