Avtomobil ucun soyuducuları: Bakıda ən ucuz qiymətə!
Yəgin ki, bir çoxunuz səyahətə özünüzlə avtomobildə soyuq içkilər və buterbrod götürməyi xoşlayırsınız. Belə halda içkiləri soyuq saxlamaq, buterbrodları isə korlanmaqdan qorumaq kimi sual ortaya çıxır. Bu vəziyyətdən ən yaxşı çıxış avtomobil üçün soyuducu almaqdır. Bizim mağazada qızdırıcı funksiyası da olan avtomobil soyuducuları satılır. Bu səbəbdən də arxayın olmaq olar ki, soyuducu öz qiymətini tam ödəyəcək. Yayda bu cihaz sizə soyuducu, qışda isidici kimi qulluq göstərəcək.
Mini soyuducunu necə seçməli?
Alışdan öncə cihazın lazımi göstəricilərini dəqiqləşdirin. İstifadə sahəsini və daşınacaq məhsulların sayını nəzərə alın, seçəcəyinizi cihaz bu amillərdən asılıdır.
Birinci və əsas göstərici soyuducunun növüdür. Onlar 2 yerə bölünür:
- Daşınıla bilən - Piknik və uzun gəzintilər üçün ideal seçim. Çətin quraşdırmaya ehtiyac yoxdur, yüngül və mobildir.
- Quraşdırılmış - çox səyahət edənlər və uzun yol getməyi xoşlayanlar üçün. Bu tip soyuducunu avtomobilə quraşdırmaq lazımdır, lakin onun tutumu və soyutma vaxtı birinci variantdan qat qat çoxdur.
İş prinsipinə görə avtomobil soyuducuları 2 kateqoriyaya bölünür:
- Termobokslar - soyutma akkumlyatoru hesabına işləyir və qida məhsullarının cari tempraturunu saxlayır.
- Termoelektrikli - qiymət-keyfiyyət baxımından ən yaxşı seçimdir. Hərəkət zamanı titrəyişlərdən və əyilmələrdən müdafiə olunub. Ən böyük üstünlüyü - həm soyutma, həm də isitmə funksiyasıdır. Bizim saytda bu tip soyuducular təklif olunur.
Azərbaycanda ən yaxşı qiymətə avtomobil soyuducusu
Siz sifarişi elə indi həyata keçirə bilərsiniz və artıq 1-2 iş günü ərzində bağlamanızı Azərbaycanın istənilən nöqtəsinə çatdırarıq. Bakı ərazisində çatdırılma sifariş günü həyata keçirilir. Dəqiqləşdirilmək və bizim mütəxəssislərlə məsləhətləşmək üçün Əlaqə bölməsinə keçin.