Günəşdən qoruyan polyarizasiyalı (işıq zolağından qoruyan) effektli eynəklər avtomobili parlaq günəşli havalarda komfortlu, rahat idarə etmək üçün vacibdir.
HD-Vision eynəkləri:
- Göz sinirlərində yükü azaltmağa kömək edir;
- Gözləri günəşin ultrafiolet şüalarından müdafiə edir;
- Parlaqlığı azaldır və görməni yaxşılaşdırır;
- Təbii rəng ötürməni qoruyur.
Polyarizasiyalı eynəklər sayəsində gözlər parlaq işıqlarda və eyni zamanda, faraların işığında mənzərəni, nəmli yolu, şüşələrdəki işıq zolağını daha yaxşı tanıya (müəyyən) edə bilir. Bundan başqa, polyarizasiyalı eynəklərin sürücünün reaksiyasını yüksəltmək qabiliyyətinə malik olduğu da təsdiqlənib.
Həmçinin, gecə vaxtı bu eynəklərdən istifadə etmək məsləhət görülmür: baxmayaraq ki, linzalar qarşıdan gələn işıqdan görməni zəiflətsə də, amma buna paralel olaraq, həm də mənzərənin parlaqlığını da azaldır ki, bu da hər hansı detalə ayırd etməyi çətinləşdirir.
Bizim internet mağazamızda satışda günün gecə vaxtları üçün nəzərdə tutulmuş sarı linzalı polyarizasiyalı eynəklər var.
Qəzalı situasiyalarla qarşılaşdığınız zamanlarda zədə alacağınız təhlükəsi ilə bağlı şüşə linzalarından imtina etmək vacibdir və polimer linzalı işıq zolağından qoruyan eynəkləri seçmək lazımdır.